İlin ikinci “planetlərin böyük paradı” müşahidə olunacaq - Fevralın 28-də

Fevralın 28-də ilin ikinci “planetlərin böyük paradı” müşahidə olunacaq.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Avtosfer.az-a verilən məlumata görə, axşamdan Günəş batan kimi 7 planet - Merkuri, Venera, Mars, Yupiter, Saturn, Uran və Neptun Yerdən eyni vaxtda görünəcək.
Səmada görünmə ardıcıllığı qərbdən şərqə doğru belə olacaq: Saturn, Merkuri, Neptun, Venera, Uran, Yupiter və Mars. Uran və Neptunu müşahidə etmək üçün durbin və ya teleskop tələb olunur, çünki bu planetlər adi gözlə görünməyəcək. Digər planetləri (Merkuri, Venera, Mars, Yupiter və Saturn) adi gözlə asanlıqla müşahidə etmək mümkündür.
Günəş batdıqdan dərhal sonra müşahidəyə başlamaq məsləhətdir, çünki bəzi planetlər qərb tərəfdə üfüqə yaxın olduqları üçün tez batırlar. Şəhər işıqlarından uzaq, açıq və təmiz bir səma altında planetləri müşahidə etmək daha yaxşı nəticə verəcək.
"Planetlərin böyük paradı" nadir astronomik hadisədir və hər 20 ildən bir baş verir. "Planetlərin paradı" tamamilə vizual hadisədir və Yerin təbiətinə, canlılara heç bir mənfi təsir göstərmir.
Xatırladaq ki, ilin birinci “planetlərin böyük paradı” yanvarın 21-də müşahidə olunub.
Beynəlxalq təşkilat uçuşların təhlükəsizliyi ilə bağlı xəbərdarlıq etdi
“Türk Dövlətləri Təşkilatının özünə aid himni olmalıdır” – Rəşad Məcid - VİDEO
Rusiyada xarici təyyarələrlə bağlı daha bir QADAĞA
Svetoforların düzgün idarə olunması tıxacları azalda bilər – ARAŞDIRMA
“Apple CarPlay” və “Android Auto” niyə avtomobillərdən çıxarılır? – Səbəbi AÇIQLANDI
“Lexus” sürəndə hörmət qoyanlar “Changan”da adamı bezdirirlər – Nazilə Səfərli - VİDEO
Daha bir marka tarixə qovuşa bilər
“Rettungsgasse” bizdə də ola bilərmi? - VİDEO
ABŞ-də bu avtomobillər 85 qəpikdən hərraca çıxarıldı – MARAQLI
Yollarda səs-küyün qarşısını belə almaq olar – TƏKLİF
Avtomatik maşınlarda bu düymənin nə işə yaradığını bilirsiniz? – ARAŞDIRMA











