İnsan ölən zaman onun şüurunda nələr baş verir? - SENSASİYALI AÇIQLAMA

Elmi dairələrdə Uppsala Universitetinin professoru Mariya Stremmenin sensasiyalı açıqlaması geniş müzakirələrə səbəb olub. İsveçli tədqiqatçı iddia edir ki, insan şüuru beyində yaranmır və ölüm anından sonra da yox olmur - o, "universal fon sahəsinə" qayıdır. Avtosfer.az "BAKU.WS"ə istinadən xəbər verir ki, professor Stremme bu barədə Daily Mail-ə verdiyi müsahibədə şüurun təbiətinə dair inqilabi baxışını təqdim edib.
Onun fikrincə, şüurla beynin əlaqəsinə dair ənənəvi anlayışlar çox məhduddur. O, alternativ model irəli sürür: bizim fərdi "mən" dediyimiz şey əslində reallığın daha dərin səviyyəsinin müvəqqəti təzahür formasıdır.
"Bu, okeanın səthindəki dalğaya bənzəyir", – deyə alim izah edir. – "Dalğa yox ola bilər, amma onu yaradan su heç yerə getmir."
Professor Stremmenin sözlərinə görə, bu yanaşma ölümə yaxın təcrübələrin mahiyyətini anlamaq üçün yeni imkanlar açır. Ölüm və həyat arasında olan insanlar, beyin fəaliyyətinin zəiflədiyi anda, həmin "əsas sahəyə" daxil ola bilərlər.
Bu vəziyyətlərdə adətən mistik sayılan hadisələr - görülər, öncəgörmələr, gələcək kimi qəbul edilən təsvirlər mümkün olur. Tədqiqatçının bildirdiyinə görə, kritik anlarda insanlar çox oxşar obrazlar gördüklərini söyləyirlər: parlaq işıq, tunellər, qanadlı varlıqlar, bağlar, qaranlıq boşluqlar və bəzən ölmüş qohumlarla görüşlər. Bu motivlər kliniki ölüm yaşamış insanların ifadələrində mütəmadi şəkildə təkrarlanır. "Əgər şüur doğrudan da daha geniş bir sahənin tərkib hissəsidirsə, bu cür təcrübələri yalnız neyron aktivliyi ilə izah etmək mümkün deyil," – deyə Stremme qeyd edir. O, eyni zamanda vurğulayır ki, dəqiq elmi nəticələr üçün bu istiqamətdə daha çox araşdırma aparılmalıdır.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












