İnsanlar ekoloji problemlərə indi daha həssas yanaşırlar – EKOLOQDAN AÇIQLAMA

Son illərdə ekoloji problemlərin təsirləri insanlar üçün daha hissedilən hala gəlib. Artıq hava dəyişiklikləri, su çatışmazlığı, təbii fəlakətlər kimi məsələlər gündəlik həyatımıza birbaşa təsir edir.
Bununla yanaşı, insanlar ekoloji problemlərə qarşı daha həssas olmağa başlayıblar. Lakin bu həssaslığın nə qədər effektiv və geniş miqyasda olduğunu müəyyənləşdirmək çətindir. Fərdi və ictimai məsuliyyətlər isə bu məsələdə böyük rol oynayır. Beləliklə, bu problemlərə qarşı həssas yanaşmanın artması, hər kəsin üzərinə düşən vəzifələri nə qədər yerinə yetirdiyi ilə bağlı sual doğurur.
İnsanlar ekoloji problemlərə qarşı yetərincə həssasdırlarmı və bu məsələdə fərdi və ictimai məsuliyyətləri nə qədər yerinə yetirirlər?
Mövzu ilə bağlı ekoloq Amin Məmmədov Avtosfer.az-a açıqlamsında bildirib ki, insanlar ekoloji problemlərə son illər daha həssas yanaşmağa başlayıblar:

“Çünki bu problemlər artıq onların gündəlik həyatlarına təsir göstərir. Bu məsələdə fərdi və ictimai məsuliyyətin artırılması ilk növbədə insanların bu problemləri dərk etməsindən asılıdır. Bunun üçün ekoloji təhsil mühüm rol oynayır. Ekoloji təfəkkürün formalaşdırılması artıq təhsil sistemində öz əksini tapmalıdır. Kiçik yaşlardan başlayaraq, xüsusilə orta məktəb təhsilində uşaqlara ətraf mühitlə bağlı məsələlərin çatdırılması vacibdir. Əsasən biologiya və ya təbiətşünaslıq müəllimlərinin üzərinə düşən bu məsuliyyət böyük əhəmiyyət daşıyır. Eyni zamanda qeyri-hökumət təşkilatları da bu prosesdə fəal rol oynayır. Yəni, maarifləndirmə işləri aparmaqla ətraf mühitə həssas yanaşmanı təbliğ etmək vacibdir.
İctimai tərəfdən əsasən gənclər və uşaqlar arasında məişət tullantılarının düzgün şəkildə atılması, təbii ehtiyatlara, su ehtiyatlarına, bitkilərə və heyvanlara qarşı həssas yanaşma təhlil olunmalıdır”.

Ekoloq əlavə olaraq bildirib ki, su ehtiyatlarının qənaətlə istifadə edilməsi, torpağın qorunması kimi maarifləndirmə işləri aparılmalıdır:
“Bu məsuliyyət həm ictimai, həm də fərdi məsuliyyət olaraq insanlarda formalaşmalıdır. Son zamanlar müstəqil dövrümüzün başlanğıcı olan 1990-cı illərin sonlarından bu yana bu istiqamətdə çox işlər görülüb, həm dövlət, həm də cəmiyyət tərəfindən. Bu da insanların ekoloji təfəkkürünün formalaşmasına əsaslı təsir göstərib. Lakin buna baxmayaraq, təəssüf ki, hələ də insanlar tərəfindən ətraf mühitə zərər vurulması hallarına rast gəlinir. Dövlət isə qanunlarla və qaydalarla bu neqativ halların qarşısını alır, hətta cərimələr tətbiq edərək ətraf mühitin qorunmasına xidmət edir”.
Eltac Zülfüqaroğlu
Başına yol konusu keçirən sürücü belə traktor sürdü – FOTO
Bakının nəqliyyat qovşaqları potensialının nə qədərini istifadə edir? – RƏQƏMLƏR
Avtomobilinə başqa nömrə taxan sürücü 17 min manat cərimələndi - FOTO
Zəngilanda ilk dəfə “Qarabağa Qayıdış – İlk Texnika Festivalı” keçirilib - FOTOSESSİYA
Tanınmış istehsalçı elektrikə kəskin keçiddən imtina etdi
Bakı tıxacına görə qonşuları arasında neçənci yerdədir? – STATİSTİKA
Məktəb avtobuslarında şagirdləri qoruyan sistem: Avtomobillər dayanır – VİDEO
Azərbaycanda yol tikintisində müasir texnologiyalar necə TƏTBİQ OLUNUR?
Bu düymə yanacaq sərfiyyatına təsir edə bilər – ARAŞDIRMA
Siqaretə görə küsən sərnişin, ayağı havada gedən KAMAZ sürücüsü
Bu avtomobillərdə sükan problemi aşkarlanıb: Kütləvi geri çağırma BAŞLANILDI












