İnsanların 1000 il yaşamasına mane olan yeganə amil AÇIQLANDI

Birmingem Universitetinin molekulyar biogerontoloqu Joao Pedro de Maqalyanş hesab edir ki, insanlar bioloji cəhətdən indikindən daha uzun - bəlkə də 1000 il və ya daha çox yaşaya bilərdilər. Amma bir problem var: Ola bilsin ki, insanlar daha sürətli qocalmaq üçün təkamül keçiriblər və bunun səbəbi dinozavrlar dövrünə qədər uzanır.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, "BioEssays" jurnalında dərc olunmuş məqalədə de Maqalyanş "uzunömürlülük darboğazı" hipotezini irəli sürür. Onun tədqiqatına görə, erkən məməlilər sürətli çoxalma və sağ qalma zərurəti ilə bağlı güclü təzyiq altında idi, çünki dinozavrlar qida zəncirində üstünlük təşkil edirdi. Bu təkamül stresi, ola bilsin ki, onların bir zamanlar daha uzun ömür təmin edən bəzi genetik xüsusiyyətlərini itirməsinə səbəb olub. Sonradan bu genetik itkilər məməlilərin, o cümlədən bizim biologiyamızın ayrılmaz hissəsinə çevrilib.
"Ən qədim məməlilərdən bəziləri qida zəncirinin ən altında yaşamağa məcbur idi və sürətli çoxalma yolu ilə sağ qalmaq üçün təkamül keçirirdilər", deyə o, izah edir.
Onun fikrincə, bu adaptasiya məməlilərin (insanlar daxil) qocalma prosesini geri dönməz şəkildə dəyişib. De Maqalyanşın nəzəriyyəsinin bir hissəsi, ultrabənövşəyi şüaların səbəb olduğu zədələri təmir edən (fotoliazalar kimi) fermentlərin itirilməsini nəzərdə tutur. Bu fermentlərin əksər məməlilərdə (insan daxil) olmamasının səbəbi, dinozavrlar dövründə genomumuzdan yox olmalarıdır. Bu itkinin səbəbi, erkən məməlilərin yırtıcılardan qorunmaq üçün mənimsədiyi gecə həyat tərzi ola bilər – bu, ultrabənövşəyə qarşı qorunma ehtiyacını azaldıb, amma eyni zamanda güclü DNT təmiri mexanizminin söndürülməsinə səbəb olub.
O, müqayisə üçün digər növlərdən də misal çəkib. Məsələn, bəzi kərtənkələlər (alligatorlar) daimi diş yeniləyə bilər, insanlar isə edə bilməz - bu, təkamül prosesində sürətin uzunömürlülükdən üstün tutulmasının nəticəsi ola bilər. Bu nümunələr göstərir ki, təkamül zamanı çoxsaylı regenerativ funksiyaları itirmişik.
De Maqalyanşın sözlərinə görə, bu mexanizmləri başa düşmək insan yaşlanmasını yavaşlatmağa və ya hətta geri qaytarmağa imkan verən müalicə üsulları işləyib hazırlamağa kömək edə bilər.
Onun fikrincə, bir gün yaşlanmanı idarə etmək mümkün olacaq, bunun üçün əsas bioloji proseslərə yönəlmiş terapiyadan istifadə olunacaq. Ən perspektivli namizədlərdən biri rapamisindir – orqan rəddinin qarşısını almaq üçün artıq tətbiq olunan tibbi birləşmə. Tədqiqatlar göstərir ki, o, bəzi məməlilərin ömrünü 10-15% uzada bilər və alimlər indi onun yaşlanmaya qarşı daha geniş potensialını öyrənirlər.
Hələlik genetik səviyyədə uzunömürlülük tapılmadığından, alimlər ömrü uzatmaq üçün xroniki xəstəliklər və erkən ölüm riskini azaltmağa kömək edən "superqidalar" qəbul etməyi tövsiyə edirlər.
Bakı səmasında nadir görüntü - FOTO
İnsan ölərkən nə hiss edir? - Elmin hələ cavablandıra bilmədiyi sirr
Günlərin uzanmasının daha bir səbəbi - Yer fırlanma sürətini dəyişir
Avtomobil təkərləri niyə qara rəngdə istehsal olunur? – ARAŞDIRMA - VİDEO
Avtomobilinizi belə daha tez soyuda bilərsiniz – TÖVSİYƏ - FOTO
Müasir avtomobillərdə gizlilik şübhəsi; sürücülər izlənilir?
Bu ölkədə sürücülük təlimçiləri pedaqoji təhsilə cəlb olunacaq
Bakı küçəsində zombilər üçün svetoforlar - FOTOLAR
Bu ölkənin vətəndaşları üçün “ChatGPT Plus” pulsuz oldu
Rusiyaya getmək üçün daha bir prosedur tələb edilir – KİMƏ AİDDİR?
Sürücüsüz avtomobillər eyni məhəllədə saatlarla dövrə vurdu – VİDEO










