İstanbul aeroportundakı zəhlətökənlər - FOTO

Bir neçə il əvvəl istismara verilmiş İstanbul aeroportu Avropanın əksər limanların geridə qoyur. Hər gün 10 minlərlə sərnişinə xidmət göstərən aeroportdan dünyanın demək olar bütün nöqtələrinə birbaşa uçmaq mümkündür. Ədalət naminə deyək ki, aeroportda sərnişin axını çox yaxşı tənzimlənib deyə sıxlıq yaranmır. Lakin hər şey ideal deyil.
İstanbul aeroportundan tez-tez istifadə etdiyim üçün buranı yaxşı tanıyıram. Bakıya uçan sərnişinlərin növbə gözlədiyi qapıda isə hər zaman spesifik hal yaşanır. Bakıya gələn Azərbaycan vətəndaşına kimsə mütləq siqaret, spirtli içki və ya elektronik avadanlığı aparmaqda kömək göstərməyi xahiş edir.
Xüsusən də gəncləri üzdən-gözdən salırlar. 2 ay əvvəl Bakıya qayıdarkən 2 oğlan gənc bir qızı siqaret keçirməyə razı salmaq üçün obrazlı desək, divara dirədilər. Qızı xilas etmək üçün müdaxilə etdim və bundan sonra oğlanlar ondan aralandılar.
Ötən həftə isə başqa vəziyyətin şahidi oldum. Yenə qapıya yaxınlaşan kimi 1 nəfər 2 blok siqaret keçirməyi xahiş etdi. Mən isə özümü sadəlövhlüyə vuraraq bildirdim ki, “çantamda 3 blok, əl baqajımda da 2 blok var. Bakıda necə keçirəcəyimi bilmirəm”. Halbuki, baqajım yalnız əl yükündən (çirkli paltar və 2 plitka şokolad) ibarət idi.
Bakıda pasport nəzarətindən keçib çölə çıxmaq istəyəndə gömrük əməkdaşı arxadan çağıraraq “qırmızı zona”dan keçməyi tələb etdi. Səbəbini soruşduqda isə bildirdi ki, guya “çantamda şübhəli, gömrükdə bəyan edilməli əşya var”.
Təbii ki heç bir etiraz etmədim və əl baqajım mədəni surətdə skanerdən keçirildi və heç nə tapılmadı. Gömrük əməkdaşına bildirdim ki, 5 blok siqaret söhbəti yalandır. O isə hirsindən qızarmış halda “hə, yaxşı çıx get” dedi və dərhal telefona sarıldı.
PS. Bakı aeroportunda sovetdən qalma bir ənənə hələ də hökm sürür. Vaxtilə Sovet ittifaqında xaricə gedənlərə və gələnlərə bütün aeroport və sərhəd xidməti əməkdaşlarının yersiz suallar verməsi, hansısa “qiymətli məlumat almaq” istəyi norma idi. İndi, vətəndaşların sərbəst hərəkətinin qanunla təmin edildiyi vaxtda bu cür davranış yumşaq desək, yersiz görünür.
Vüqar
“Türk Dövlətləri Təşkilatının özünə aid himni olmalıdır” – Rəşad Məcid - VİDEO
Rusiyada xarici təyyarələrlə bağlı daha bir QADAĞA
Svetoforların düzgün idarə olunması tıxacları azalda bilər – ARAŞDIRMA
“Apple CarPlay” və “Android Auto” niyə avtomobillərdən çıxarılır? – Səbəbi AÇIQLANDI
“Lexus” sürəndə hörmət qoyanlar “Changan”da adamı bezdirirlər – Nazilə Səfərli - VİDEO
Daha bir marka tarixə qovuşa bilər
“Rettungsgasse” bizdə də ola bilərmi? - VİDEO
ABŞ-də bu avtomobillər 85 qəpikdən hərraca çıxarıldı – MARAQLI
Yollarda səs-küyün qarşısını belə almaq olar – TƏKLİF
Avtomatik maşınlarda bu düymənin nə işə yaradığını bilirsiniz? – ARAŞDIRMA
“Eşref Tek”in maşını Bakıya gətirildi: İstəyən şəkil çəkdirə bilər – VİDEO












