İstixana qazları kosmosun çirklənməsinə və internetin sürətinin azalmasına səbəb olacaq

2100-cü ilə qədər 200 ilə 1000 kilometr arasında yüksəklikdə təhlükəsiz işləyən peyklərin sayı 50-66 faiz azala bilər. Bu səbəbdən bəzi zonalar Yerə yaxın tapşırıqlar üçün istifadə edilə bilməz.
Avtosfer.az "AZƏRTAC"a istinadla xəbər verir ki, Massaçusets Texnologiya İnstitutunun (MIT) bu yaxınlarda apardığı araşdırmalar göstərib ki, iqlim dəyişikliyi aşağı Yer orbitində peyklər üçün ciddi problemlərə səbəb ola bilər. Alimlər kəşf ediblər ki, istixana qazları emissiyaları atmosferin yuxarı təbəqələrini soyudur, onun kiçilməsinə səbəb olur. Bu, hava müqavimətini azaldır və kosmik tullantıların orbitdə daha uzun müddət qalmasına imkan verir.
Hazırda planetin səthindən 160 kilometrdən 2000 kilometrə qədər yüksəklikdə Yer kürəsini internet və naviqasiya ilə təmin edən 10 mindən çox peyk mövcuddur. Lakin termosferin sıxlığının azalması (təqribən 80-90 kilometr hündürlükdən başlayır) səbəbindən kosmik tullantıların təbii şəkildə çıxarılması ləngiyir. Çoxlu tullantının olduğu belə bir mühitdə uçan cisimlər arasında toqquşma riski də artır.
Belə bir şəraitdə peykin nasazlığının parlaq nümunələrindən biri NASA-nın aparatı – “Aura” ilə əlaqədardır ki, burada monitorinq şöbəsinin mütəxəssisləri qeyri-sabit trayektoriyanı müşahidə ediblər. İstixana qazlarının konsentrasiyasının artması atmosferin yuxarı qatının temperaturu və sıxlığının dəyişməsinə gətirib çıxarıb ki, bu, öz növbəsində, peykin orbitinə təsir edib.
Uzunmüddətli perspektivdə karbon qazı və metan Yer atmosferində toplanır və onların mövcudluğu nəticəsində yaranan iqlim dəyişiklikləri peyk rabitəsinə və internetin əhatə dairəsinə təsir göstərə bilər. Məsələn, ekstremal hava şəraiti peyklərin buraxılmasına və onlara xidmət göstərməsinə mane olur. Həmçinin yağış və bulud kimi atmosfer hadisələri onların fəaliyyətinə təsir göstərir ki, bu da siqnalın keyfiyyətini və ucqar ərazilərdə internet xidmətlərinin əlçatanlığını aşağı salır.
Bu, Günəşin aktivliyindən asılı olaraq termosferin adətən genişlənməsi və büzülməsi nəticəsində baş verir. İstixana qazları emissiyaları hər on ildə təxminən 400 kilometr yüksəklikdə atmosferin sıxlığını təxminən 2 faiz azaldır. Vəziyyət belə davam edərsə, 2100-cü ilə qədər 200 ilə 1000 kilometr arasında yüksəkliklərdə təhlükəsiz fəaliyyət göstərə bilən peyklərin sayı 50-66 faiz azala bilər. Bu, qeyri-sabitliyə gətirib çıxara bilər, çünki toqquşmaların zəncirvari reaksiyası orbitin müəyyən bölgələrini yararsız hala gətirir.
Problemin qarşısını almaq üçün istixana qazları emissiyalarına və kosmosda ekoloji təmizliyə nəzarət etmək lazımdır. Bu tədbirlər gələcək peyk missiyaları üçün Yerə yaxın təhlükəsiz məkan yaratmağa kömək edəcək.
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI










