Kəsilmiş baş bədənə tikildi - Bakıda unikal əməliyyat - VİDEO

Respublika Klinik Xəstəxanasında başı kəsilən şəxsin üzərində unikal əməliyyat həyata keçirilib.
Avtosfer.az xəbər verir ki, sentyabrın 13-də saat 14-15 radələrində Təcili Tibbi Yardım tərəfindən özünü Azər Məmmədov kimi təqdim edən şəxs klinikaya boğazın kəsilməsi yarası ilə daxil olub. Həkim cərrah Fariz Camalovun rəhbərlik etdiyi əməliyyat qrupu yaralıya ilkin yardım göstərdikdən sonra bir necə saat davam edən ağır əməliyyat icra edib: “Təftiş zamanı məlum oldu ki, xəstənin udlaq və qıtlağı, tiloid vəzin yuxarı qütbü, sol vena və sinir dəsti kəsilmişdir. Xəstənin vəziyyəti kritik ağır olduğundan qıtlaq kəsilən yerdən xəstə intubasiya olundu. Sonra udlaq plastika edildi. Traxiya bərpa olundu”.
Əməliyyatdan dərhal sonra xəstə reanimasiya şöbəsinə yerləşdirilib. Uğurlu əməliyyatdan iki gün sonra xəstə burundan keçməklə boğaza yerləşdirilmiş xüsusi boru vasitəsi ilə qidalanıb: “Əməliyyatdan 5 gün sonra xəstə özü tibb işçiləri olmadan sözü gedən borunu burnundan çıxarıb qida qəbul edib. Bu isə əməliyyatdan sonra yolverilməz hesab olunur. Lakin əməliyyatın uğurla keçməsi səbəbindən xəstədə hər hansı bir problem yaranmadı.
Fariz Camalov deyir ki, 35 illik həkim təcrübəsində bu kimi əməliyyatla qarşılaşmayıb: “Qeyri odlu silah yaralanmalarında qıtlaq və udlağın, damar sinir dəstəsinin zədələnməsi bir yerdə ola bilməz. Lakin bizim xəstədə bütün bunlar bərabər baş verib. Buna baxmayaraq biz plastikanı icra etdik. Qanaxmanı dayandırdıq. Bu gün xəstəmizin vəziyyəti stabildir. Müalicə davam edir 4-5 günə yaralını evə yazarıq”.
Özünü Azər Məmmədov kimi təqdim edən yaralı ilə qısa söhbət etmək imkanımızda oldu. Xəstənin səs tellərində problem olduğundan suallarımıza ətraflı cavab ala bilmədik.
Qeyd edək ki, əməliyyatın aparılmasında tibbi və texniki vasitələrin təminatı Tibbi Sığorta tərəfindən həyata keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyevin APA TV-yə verdiyi məlumata görə, ilkin ehtimalla Azər Məmmədov narkotik istifadəçisidir. Onun ülgüclə boğaz nahiyəsindən özünə xəsarət yetirməsi ehtimal olunur.
Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.
Azərbaycanda SSRİ dövründə tikilən avtobus dayanacaqları - FOTOSESSİYA
Rusiyada xidməti maşın gəlmədi, polis qayda pozanı görün necə bölməyə apardı - VİDEO
Dünyanın ən qorxmaz pişiyi: Görənləri şoka salır - FOTO
Taksi sürücüsündən sərnişinlərə unikal etiraz: “Əlavə suallara ehtiyac yoxdur” - FOTO
Şəhər küçələri elə salınmalıdır ki, sürətli hərəkət mümkün olmasın - EKSPERT
Sumqayıtın 50 il əvvəlki nəqliyyat sistemi indiki tələblərə necə uyğunlaşdırılıb? – ARAŞDIRMA - FOTO
192 sərnişin bilet aldı, təyyarə isə boş getdi
Bu avtomobillər uzaq məsafələrə səfərlərdə sizi yolda qoymayacaq – ARAŞDIRMA - FOTOSESSİYA
Maşını sürməsəniz də, illik 8 mindən çox xərc çəkə bilərsiz - ARAŞDIRMA
İslam Səfərli küçəsində hansı dəyişikliklər edilməlidir? – EKSPERT RƏYİ - FOTO
"8888" nömrəli lüks Mercedes Çində dəfn olundu - VİDEO








