Kosmik tullantıların Yerin atmosferinə düşməsi riski mülki aviasiyaya təhlükə yarada bilər - Tədqiqatçılar

Britaniya Kolumbiya Universitetinin yeni araşdırması kosmik tullantıların çoxalması səbəbindən mülki aviasiya təhlükəsizliyinə artan təhdidləri aşkar edib.
Avtosfer.az “Scientific Reports” nəşrində dərc olunan məlumatlara istinadla xəbər verir ki, Şimali Amerika və Avropa kimi hava axınının intensiv olduğu bölgələrdə kosmik tullantıların aşağı düşmə trayektoriyalarının təyyarə marşrutları ilə kəsişmə ehtimalı 26 faizə çatır.
Özəl şirkətlər tərəfindən geniş miqyasda peyk bürclərinin yerləşdirilməsi və kosmosa buraxılışların sayının artması mülki aviasiya üçün görünməmiş risklər yaradır. Tədqiqatçılar müəyyən ediblər ki, bir təyyarənin kosmik tullantı ilə toqquşma ehtimalı 100.000-də 1-dir, hətta cəmi 1 qram ağırlığında olan kiçik bir fraqment təyyarənin kritik hissələrinə dəysə belə, bu, hava qəzasına səbəb ola bilər.
Hava nəqliyyatının yüksək sıxlığı olan ərazilərdə kosmik tullantıların illik təsir riski 0,8 faiz qiymətləndirilir. Hadisələrin başvermə ehtimalının ən yüksək olduğu ABŞ-ın şimal-şərqində və Avropanın şimalındakı vəziyyət xüsusi narahatlıq doğurur.
Orbitdə 2300-dən çox raket qalığı var ki, bu nəhəng nəzarətsiz parçalar yenidən atmosferə daxil olarsa, uçuşlara potensial təhlükə yarada bilər. Bununla belə, kosmik missiyaların yalnız 35 faizi kosmosda tullantı buraxmır və təkrar emal edilir.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, kosmik tullantıların təhlükəsiz utilizasiyası üçün müasir texnologiyalar tətbiq edilməsə, gələcəkdə vəziyyət daha da pisləşəcək. Müvafiq nəzarətin olmaması mühüm hava dəhlizlərinin bağlanmasına səbəb olar ki, bu da qlobal aviasiya sistemini əhəmiyyətli dərəcədə poza bilər.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












