Kosmosun çirklənməsinin təbii mənbəyi məlum oldu
Astronomlar qalaktikaların mövcud olduqları mühiti çirkləndirdiyini müəyyən ediblər. Bu barədə elmi məqalə “The Astronomical Journal Letters” jurnalında dərc olunub.
AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından (ŞAR) bildiriblər ki, Aleks Kameron və Din Fişerin rəhbərlik etdiyi astronomlar qrupu Havay adalarında yerləşən Kek Rəsədxanasında ARC (Australian Research Council) tərəfindən maliyyələşdirilən ASTRO 3D layihəsi çərçivəsində qalaktikaların təsvirlərin alınması üçün yeni sistem tətbiq ediblər. Layihənin məqsədi qalaktikalara axan maddənin, qalaktikanı tərk edən maddədən daha təmiz olması fərziyyəsini təsdiq etmək idi.
Nəhəng qaz buludları qalaktikalar tərəfindən cəzb edilir və ulduz əmələ gəlməsi prosesində istifadə olunur. Bu zaman qalaktikaya istiqamətlənmiş qaz buludu hidrogen və heliumdan ibarət olur. Alimlər “Keck Cosmic Web Imager” adlı yeni cihazdan istifadə edərək təsdiq etdilər ki, bu qazdan yaranmış ulduzlar əsasən ifratyeni partlayışı ilə böyük miqdarda materialı geri atırlar, lakin qalaktikadan atılan material artıq saf olmur, onun tərkibi bir çox digər elementlərdən - oksigen, karbon və dəmirdən ibarət olur.
Qazların qalaktikalar tərəfindən cəzb olunması prosesi akresiya, onların qalaktikadan atılması prosesinə isə “maddə axını” deyilir. Hər iki proses də qalaktikaların böyüməsini, kütləsini və ölçüsünü tənzimləyən vacib mexanizmlərdir. Ancaq indiyə qədər cəzb olunan və atılan maddələrin tərkibi haqqında sadəcə müəyyən fərziyyələr var idi. Ancaq tədqiqatçılar Mrk 1486 qalaktikasının müşahidəsi sayəsində cəzb olunan və atılan qazların tərkibi haqqında daha dəqiq məlumatlar əldə edə biliblər.
Qeyd edək ki, Mrk 1486 qalaktikası Günəşdən təxminən 500 milyon işıq ili məsafədədir və çox sürətli ulduz əmələ gəlməsi dövrünü yaşayır. Bu qalaktika ondakı qazın miqdarını və tərkibini tədqiq etmək üçün əlverişli baxış bucağı altında yerləşir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












