Laçın meşəsində ayı balasının maraqlı hərəkətləri - FOTO

Gözəl təbiəti və mənzərəli relyefi ilə göz oxşayan Laçın bir o qədər zəngin flora və faunaya malikdir. Dağlarında bir çox canlılara rast gəlinən Laçın meşələrində bu dəfə ayı balası maraqlı görüntüləri ilə diqqət çəkib. Avtosfer.az "AZƏRTAC"a istinadən xəbər verir ki, Laçın təbiətində, qonur ayı, canavar, adi tülkü, çaqqal, qayakeçisi və ya bezoar keçi, ceyran, maral, cüyür, qaban, iran sincabı, süleysin və bir çox məməlilər sinifinə daxil olan heyvanlara rast gəlinir. Bu dəfə isə Laçın dağlarında ayı balası ağaca dırmanarkən maraqlı anları ilə diqqət çəkib. Həmin anlar Laçın Dövlət Təbiət Yasaqlığının Çorman kənd ərazisindəki meşəlikdə qeydə alınıb. Ağacın bir neçə metr hündürlüyünə çıxan ayı balası daha sonra oradan enərək yaşıllıqlar arasına qaçaraq gözdən itib. Həmin kadrları təqdim edirik. Qeyd edək ki, kadrlar yasaqlıq əməkdaşı tərəfindən təhlükəsizlik qaydaları nəzərə alınaraq çəkilib.


3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












