Lotereya səhvi minlərlə oyunçunu milyonçuya çevirdi - BÖYÜK QALMAQAL

Minlərlə norveçli böyük lotereya uduşları haqqında yanlış mesajlar alıb. Norveçdə ötən həftənin cümə günü axşam saatlarında minlərlə insanın dövlət lotereyasında milyonlarla dollarlıq uduşlarla bağlı mesaj almasından sonra qalmaqal yaranıb. Sonradan məlum olub ki, bildirişlər səhvən göndərilib. Avtosfer.az-ın Lent.az-a istinadla məlumatına görə, insident Eurojackpot uduşu zamanı baş verib. Buna valyuta konvertasiyası xətası səbəb olub. Avro sentlər tələb olunduğu kimi 100-ə bölünməyib, Norveç kronuna çevrildikdə isə 100-ə vurulub. Bu, uduş məbləğlərinin 10.000 dəfə şişirdilməsi ilə nəticələnib.
Hadisədən sonra dövlət lotereya şirkəti “Norsk Tipping”in baş direktoru Tone Saqstuen istefa verdiyini açıqlayıb.
"Çox təəssüf edirəm ki, bu qədər insan məyus oldu. Baş direktor olaraq, bu cür səhvlərin baş verməməsi üçün məsuliyyət daşıyıram", - o, Norveç mediasına deyib.
Mədəniyyət naziri Lubna Cafferi sərt reaksiya verib. O, dərhal şirkət rəhbərliyini təcili iclasa çağırıb.
"Bizim bütün modelimiz etimada əsaslanır. Baş verənlər tamamilə qəbuledilməzdir", - o vurpulayıb.
Yanlış "qaliblərdən" biri olan Breyqe Halvorsen jurnalistlərə partnyorunun reaksiyası barədə danışıb:
"O, ürəyi döyünərək qaçdı".
Onun sözlərinə görə, bildirişdə onun 1,2 milyon kron (təxminən 110 min dollar) udduğu iddia edilib. Ailə hazırda köhnə evi təmir edir. Bu pul çox faydalı olardı.
“Mən cekpotun 76 milyard olaraq göstərildiyini görəndə nəyinsə səhv olduğunu anladım”, - o, etiraf edib. Bu, “Norsk Tipping”in işində bu il ilk dəfə deyil. Şirkət daha əvvəl milli lotereyada nasazlığa görə 46 milyon kron cərimələnib. Oyun asılılığı olan insanlar üçün özünü xaricetmə sistemi ilə bağlı problemlər üçün daha 36 milyon.
“Toyota” birinci, “Land Rover” isə... – Ustalar avtomobilləri müqayisə etdi
Yanacaq tankerinin çəni niyə içəriyə çökür? – Səbəbi AÇIQLANDI - VİDEO
Pulunuz olsa belə “Toyota”nın bu maşınını ala bilməyəcəksiniz – Səbəbi isə MARAQLIDIR
Dəniz suyu ilə yuduğu avtomobil zədələndi; şirkəti məhkəməyə verdi
Yeni vağzalda kondisioner olmayacaq - SƏBƏB
Lökbatanda qəfil bitən yol - VİDEO
SSRİ-də belə komfortlu taksi olacaqmış - FOTOLAR
Bu avtomobildən cəmi 30 ədəd istehsal olunacaq – SƏBƏBLƏR
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi - VİDEO
Ədalət Şükürovun bahalı avtomobilləri – “Maybach” da var... – FOTO
300 manatlıq ayaqyolunu oğurlayanın 30 minlik avtomobili müsadirə olundu










