Lüks avtomobildən düşən blogerin maşını divara… - SÜRÜCÜ BAXA-BAXA QALDI - VİDEO

Sosial şəbəkələrdə son günlər bəzi brend avtomobil markalarının sürücülərə yaratdığı problemlərlə bağlı videolar yayılmaqdadır. Trend olan video çəkmək istəyən bir gənc lüks avtomobilinin qapıları bağlı olanda nə edəcəyini bilməyib. Bu anlar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi video ilə bağlı müxtəlif fikirlər səsləndirib, bəziləri isə onun real olmadığını iddia edib.
Avtosfer.az xəbər verir ki, ABŞ-də yaşayan sosial şəbəkə fenomeni Jojo Sim ləqəbli bloger atasının avtomobilindən sosial şəbəkədə trend video çəkmək üçün istifadə edib.
Belə ki, blogerin çəkdiyi videoda hərəkətdə olan fenomen “McLaren 720S” avtomobilindən düşərək səkiyə qaçır və yerə uzanır. Daha sonra avtomobilə çatmağa çalışır, lakin qapını açmağa nail ola bilmir. Video avtomobilin nəzarətsiz şəkildə divara doğru hərəkət etməsi ilə başa çatır.
Jojonun çəkdiyi video sosial şəbəkələrdə geniş müzakirələr yaradıb. “McLaren” modellərinin sürücüləri çətin vəziyyətə salma ehtimalının yüksək olması ilə bağlı fikirlər bildirilib.
Eltac Zülfüqaroğlu
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












