Marsda “gizlənmiş” vulkan aşkar edilib

Mars səthində yerləşən və hündürlüyü təxminən 2 kilometr olan Ezero Mons dağı əvvəllər vulkan kimi qəbul edilmirdi. Lakin “Communications Earth & Environment” jurnalında dərc olunmuş yeni elmi tədqiqatın nəticələri bu relyef formasının partlayış tipli vulkanizmin bütün əlamətlərini daşıdığını göstərib.
Avtosfer.az xəbər verir ki, ABŞ-ın Corciya Texnologiya İnstitutundan Sara K. Kuevas-Kinonesin rəhbərlik etdiyi tədqiqat qrupu dağın morfoloji xüsusiyyətlərini, mineral tərkibini, termal göstəricilərini və meteorit kraterlərinin sıxlığını təhlil edərək bu nəticəyə gəlib. Orbitdən əldə olunan spektral məlumatlar püskürməli vulkanik zonalara xas olan piroksen, smektit, fillosilikat və opal silisium oksidi kimi mineralların izlərini aşkarlayıb.
Dağın şimal-qərb yamacından kraterə doğru uzanan iki axın quruluşu bu yüksəklikdə vulkanik mənşə ehtimalını gücləndirir. Söhbət lava axınlarından deyil, vulkanik və ya qravitasiya fəaliyyəti ilə əlaqəli piroklastik axınlar, sel axınları və ya aşağı özlülüklü lavalar kimi qədim geoloji birləşmələrdən gedir ki, bunlar həm vulkanik, həm də qravitasiya mənşəli ola bilər.
Ezero Monsun zirvəsində yerləşən krater də vulkanik mənşə fərziyyəsini dəstəkləyir. Tədqiqatçılara görə, bu krater vulkanın zirvəsinin sektoral çökməsi nəticəsində yaranmış ola bilər. Yer kürəsində buna bənzər hadisə 1980-ci ildə ABŞ-da yerləşən Sent-Helens vulkanının püskürməsi zamanı müşahidə olunmuşdu.
Meteorit kraterlərinin sıxlığını təhlil edən alimlər bu Mars stratovulkanının səthinin təxminən 1 milyard il yaşı olduğunu müəyyən ediblər. Bu isə o deməkdir ki, bölgədəki vulkanik fəallıq əvvəllər düşünüləndən daha uzun müddət davam etmiş ola bilər.
Tədqiqatçılar Ezero kraterinin dibindəki süxurlar haqqında daha ətraflı məlumatı yalnız Perseverance kosmik gəmisinin topladığı nümunələr Yerə çatdırıldıqdan sonra əldə edə biləcəklər. Əgər fərziyyə təsdiqini tapsa, Ezero Mons Günəş sistemində başqa bir planetdə aşkar olunan ilk stratovulkan olacaq.
Əldə edilmiş nəticələr maqmatik fəallığın konkret geoloji mənbə ilə birbaşa əlaqələndirilməsinə imkan verir. Kəşf həmçinin Qırmızı planetdə onlarla, hətta yüzlərlə qədim stratovulkanın mövcud ola biləcəyini göstərir. Onların çoxu orbital çəkilişlərin məhdudiyyətlərinə görə hələ də aşkar olunmayıb. Maraqlıdır ki, Ezero Mons özü də Marsın ən çox tədqiq edilmiş bölgələrindən birində yerləşsə də, indiyədək diqqətdən kənarda qalmışdı.
“Türk Dövlətləri Təşkilatının özünə aid himni olmalıdır” – Rəşad Məcid - VİDEO
Rusiyada xarici təyyarələrlə bağlı daha bir QADAĞA
Svetoforların düzgün idarə olunması tıxacları azalda bilər – ARAŞDIRMA
“Apple CarPlay” və “Android Auto” niyə avtomobillərdən çıxarılır? – Səbəbi AÇIQLANDI
“Lexus” sürəndə hörmət qoyanlar “Changan”da adamı bezdirirlər – Nazilə Səfərli - VİDEO
Daha bir marka tarixə qovuşa bilər
“Rettungsgasse” bizdə də ola bilərmi? - VİDEO
ABŞ-də bu avtomobillər 85 qəpikdən hərraca çıxarıldı – MARAQLI
Yollarda səs-küyün qarşısını belə almaq olar – TƏKLİF
Avtomatik maşınlarda bu düymənin nə işə yaradığını bilirsiniz? – ARAŞDIRMA
“Eşref Tek”in maşını Bakıya gətirildi: İstəyən şəkil çəkdirə bilər – VİDEO










