Martda güclü maqnit qasırğaları olacaq - Təhlükəli tarixlər

2025-ci ilin mart ayında Yer kürəsini müxtəlif intensivlikdə bir sıra maqnit qasırğaları əhatə edəcək.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, yazın ilk ayında həm zəif geomaqnit pozğunluqları, həm də günəş aktivliyinin güclü partlayışları gözlənilir ki, bu da meteohəssas insanların rifahına və peyk sistemlərinin işinə təsir göstərə bilər.
Avtosfer.az “Lent.az”a istinadla xəbərinə görə, proqnozu ABŞ-ın Milli Okeanoqrafiya və Atmosfer Agentliyinin (NOAA) Kosmik Hava Proqnozları Mərkəzi yayıb.
Alimlərin məlumatına görə, geomaqnit aktivlik dalğalarda özünü göstərəcək və pik dəyərlər təhlükəli həddə çatacaq.
2025-ci ilin mart ayı üçün maqnit qasırğası təqvimi:
* 7-8, 16-18 mart – zəif maqnit pozğunluqları gözlənilir ki, bu da kosmik hava şəraitində dəyişikliklərə həssas olan insanlar üçün kiçik narahatlıq yarada bilər.
* 1, 9, 15, 26-28 mart – meteohəssas insanlarda rifah halına təsir edə bilən, baş ağrıları və ümumi zəiflik yarada bilən orta geomaqnit aktivliyi.
* 12-14 mart – güclü maqnit qasırğası proqnozlaşdırılır ki, bu da təkcə sağlamlığa deyil, həm də naviqasiya və radiorabitə sistemlərinin işinə təsir göstərə bilər.
Mütəxəssislər bu dövrlərdə diqqətli olmağı, istirahətə fikir verməyi, stressdən uzaq durmağı və mümkünsə fiziki fəaliyyəti məhdudlaşdırmağı tövsiyə edir.

3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












