Maşınlarda ən çox hansı problemlər yaranır? – AVTOMOBİL USTASI SƏBƏBLƏRİ AÇIQLADI

Sürücülər üçün gözlənilməz nasazlıqlar gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İstər yeni, istərsə də köhnə nəqliyyat vasitələrində müəyyən vaxtdan sonra müxtəlif texniki çətinliklər ortaya çıxır.
Avtosfer.az xəbər verir ki, bəzi problemlər avtomobilə adi qulluqla aradan qaldırılsa da bəziləri daha ciddi müdaxilə tələb edir. Sürücülər üçün ən vacib məqamlardan biri bu cür vəziyyətlərə hazır olmaq və avtomobilin texniki vəziyyətinə diqqət yetirməkdir. Bəs avtomobil ustalarının nəqliyyat vasitələrində ən çox qarşılaşdığı problemlər hansılardır?
Mövzu ilə bağlı avtomobil ustası Abdulla Məmmədov Avtosfer.az-a bildirib ki, avtomobillərdə rast gəlinən əsas elektron problemlər və onların səbəbləri müxtəlif amillərlə bağlıdır:

“Bu problemlər arasında ABS sistemində elektron aşınmalar, elektron hissələrin zamanla sıradan çıxması və usta səhlənkarlığı nəticəsində meydana gələn nasazlıqlar var. Xüsusilə ABS çiplərinin və ya kabel sisteminin düzgün sökülüb-yığılmaması naqillərin zədələnməsinə və qırılmasına səbəb ola bilər. Bundan əlavə, təhlükəsizlik yastıqlarının sistemində yaranan nasazlıqlar və sükan lentinin sıradan çıxması da geniş yayılmış problemlərdəndir. Xüsusilə avtoqəzalardan sonra sükan lentinin zədələnməsi daha çox müşahidə olunur”.
.jpg)
Avtomobil ustası onu da qeyd edib ki, sürətlər qutusu ilə bağlı problemlərin əsas səbəbi yağın gec-gec dəyişdirilməsidir:
“Bu, ötürmələrin düzgün işləməməsinə və sürət qutusunda vaxtından əvvəl nasazlıqlar yaranmasına gətirib çıxara bilər. Mühərrik sistemində ən çox rast gəlinən problemlərdən biri onun detonasiya ilə işləməsidir. Bu vəziyyət müxtəlif səbəblərdən qaynaqlana bilər: alışdırma şamlarının nəmlənməsi, modul (babin) və forsunkaların düzgün işləməməsi və yanacağın keyfiyyətsiz olması mühərrikin işində pozuntulara səbəb olur”.
Abdulla Məmmədov sonda vurğulayıb ki, problemlərin əksəriyyəti sürücü xətası deyil, çünki bu cür nasazlıqlar əsasən texniki və mexaniki səbəblərdən yaranır. Lakin sürücünün ehtiyatsız istifadəsi də bəzi hissələrin sıradan çıxmasına səbəb ola bilər.
Fidan
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF
Özünü maşın altına ataraq sürücünü şərləməyə çalışan piyadanı NƏ GÖZLƏYİR?












