Mask ABŞ-də sürücüsüz taksilərin işə salınacağını elan etdi

Gələn ay ABŞ-nin Texas ştatının Ostin şəhərinin küçələrinə sürücüsüz taksilər çıxacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə CNBC-yə istinadən "Tesla" şirkətinin rəhbəri İlon Mask məlumat verib.
Onun sözlərinə görə, ilkin mərhələdə cəmi 10 taksi fəaliyyətə başlayacaq və proses uğurlu alınarsa, park minlərlə avtomobilə qədər genişləndiriləcək.
O əlavə edib ki, Ostindəki debütdən sonra robotaksilərin Kaliforniya ştatında - Los-Anceles və San-Fransisko şəhərlərində də istifadəyə verilməsi planlaşdırılır.
Mask qeyd edib ki, şirkət sürücüsüz avtomobillərin hərəkət edə biləcəyi ərazini məhdudlaşdıracaq və təhlükəsizliyi təmin etmək üçün maşınlarda sürücü olmayacaq. Bununla belə, "Tesla" əməkdaşları avtomobilləri uzaqdan idarə edəcəklər.
Onun sözlərinə görə, "Tesla"nın sürücüsüz texnologiyası, ilk növbədə, lidar və radar kimi sensorlara deyil, kameralar, kompüter görməsi və süni intellekt sisteminə əsaslanır.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












