Məşhur avtomobil şousu yenidən efirə qayıdır

"The Grand Tour" avtomobil şousu ikiillik fasilədən sonra 2026-cı ildə yenidən efirə qayıdacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.
Layihənin aparıcı heyəti dəyişəcək: Ceremi Klarkson, Ceyms Mey və Riçard Hammondun yerlərini "YouTube"dakı "Throttle House" kanalının (3.4 milyon abunəçi) avtobloqerləri Tomas Holland və Ceyms Enqelsman, eləcə də ictimai nəqliyyat və qatarlar barədə videolar hazırlayan Frensis Burjua tutacaqlar.
Yenilənmiş şounun ilk mövsümü altı epizoddan ibarət olacaq. Aparıcılar Anqola səhrasında tırtıllı avtomobillərlə səyahət edəcək, Malayziyanın avtomobil mədəniyyətini araşdıracaq və Kaliforniyada yerli idman avtomobillərini sınaqdan keçirəcəklər. Şou əvvəlki kimi "Amazon Prime Video" platformasında yayımlanacaq.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












