Məşhur rəsm əsəri rekord qiymətə satıldı - FOTO

Məşhur avstriyalı rəssam Qustav Klimtin “Elizabet Ledererin portreti” adlı tablosu Nyu-Yorkda keçirilən hərracda rekord qiymətə - 236,4 milyon dollara satılıb. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu tablo indiyədək hərraca çıxarılan əsərlər arasında ikinci ən bahalı əsər, həmçinin hərracda satılan ən bahalı müasir incəsənət əsəri olub. 1914-1916-cı illər aralığında çəkilmiş portretdə Klimtin yaradıcılığını dəstəkləyən varlı himayədarların qızı Elizabet Lederer Çin xalatında təsvir edilib. 20 dəqiqə davam edən hərracın qalibinin adı açıqlanmayıb.
Qeyd edək ki, anşlüsdən, yəni Avstriyanın nasist Almaniyasına birləşməsindən sonra rəsm əsəri müsadirə edilib və məhv edilmək təhlükəsi ilə üzləşib. Əsər yalnız 1948-də Elizabetin qardaşı Erix Ledererə qaytarılıb, 1980-ci ildə isə kolleksioner Leonard Lauderin kolleksiyasına daxil edilib.
Xatırladaq ki, Klimtin bundan əvvəlki hərrac rekordu ötən il 108 milyon dollara satılmış “Yelpikli xanım” portretinə məxsus idi.

3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












