Misir sivilizasiyası ilə eyni dövrə təsadüf edən 3500 illik qədim şəhər tapılıb - FOTO

Alimlər Perunun şimalındakı Barranka bölgəsində eramızdan əvvəl 1800–1500-cü illərə aid, 3500 illik qədim şəhər qalıqları aşkarlayıblar.
Avtosfer.az “Independent”ə istinadla xəbər verir ki, “Peñiko” adlı bu şəhərin qədim Misir və Mesopotamiya (Şumer) sivilizasiyaları ilə eyni dövrdə inkişaf etdiyi və Cənubi Amerikanın sahil zonası ilə And dağlarını birləşdirən ticarət mərkəzi rolunu oynadığı ehtimal olunur.
Arxeoloqların sözlərinə görə, bu şəhər başqa qədim mədəniyyətlərdən asılı olmayaraq müstəqil şəkildə formalaşıb və Karal mədəniyyətinin təsiri altında inkişaf edib. Karal sivilizasiyası isə Amerikada məlum olan ən qədim sivilizasiyadır və 5 min il bundan əvvəl yaranıb. Alimlər 600 metr yüksəklikdə yerləşən təpəlik ərazidə dairəvi forma verilmiş tikili, daş və palçıqdan inşa edilmiş qədim binaların qalıqlarını aşkarlayıblar.
Pilotsuz uçuş aparatları (dron) vasitəsilə aparılan tədqiqatlar insan tərəfindən inşa olunmuş strukturların, daha əvvəl aşkar edilmiş Karal-Supe sivilizasiyasına aid binalarla paralel şəkildə yerləşdiyini ortaya qoyub.

3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












