NASA alimi Günəş sistemində yerdənkənar həyat əlamətləri aşkarladı

NASA alimi Günəş sistemimizdə yerdənkənar həyatın mövcud ola biləcəyini açıqlayıb. Onun sözlərinə görə, bu həyat cırtdan planetdə yerləşə bilər.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, bu barədə "Mirror” yazır.
NASA-dan doktor Devid Qrinspun bildirib ki, Günəş sistemində məlum olan ən kiçik cırtdan planet – Sererada maye su və bəlkə də həyat ola bilər.
"Biz ora yaxınlarda kosmik aparat göndərdik və bir neçə təəccüblü şey kəşf etdik”, – deyə Qrinspun jurnalistlərə danışıb.
Alim qeyd edib ki, Sererada parlaq ağ işıq ləkəsi müşahidə olunub ki, bu da duz çöküntüsünün mövcudluğunu göstərir. Onun sözlərinə görə, bu fakt həmin planetdə vaxtilə suyun olduğunu sübut edir.
"Ən maraqlı tapıntı krater idi və biz müəyyən etdik ki, bu duz çöküntüsüdür. Duz çöküntüsü isə o deməkdir ki, planetdə su olub. Bu, Sereranın vaxtilə su dünyası olduğunu və bəlkə də hələ də daxilində maye su saxladığını göstərir”, – deyə tədqiqatçı əlavə edib.
Qrinspunun fikrincə, bu kəşf astrobioloqlar üçün çox maraqlıdır, çünki bu, Serera kimi cırtdan planetlərin keçmişdə yaşamağa uyğun şəraitə malik ola biləcəyini göstərir. O istisna etmir ki, bu şərait bu günədək qorunub saxlanıla bilər:
"Kim bilir, bəlkə də bu planetlərin bəzilərində hələ də yaşamağa yararlı okeanlar mövcuddur”, – deyə alim vurğulayıb.
Alim xatırladıb ki, su həyat üçün əsas şərt sayılır və Sererada hələ də elmə məlum olmayan müəyyən orqanizmlərin yaşaya biləcəyini istisna etməyib.
Bundan əvvəl NASA alimləri Marsda da vaxtilə suyun olduğuna dair yeni sübutlar əldə etmişdilər. Onlar yalnız orbitdən müşahidə edilə bilən bölgələrin detallı şəkillərini təhlil ediblər.
NASA-nın fikrincə, Marsda vaxtilə çaylar, göllər və hətta okean olub. Lakin alimlər hələ də suyun niyə yoxa çıxmasını dəqiq izah edə bilmirlər.
Yanacaq tankerinin çəni niyə içəriyə çökür? – Səbəbi AÇIQLANDI - VİDEO
Pulunuz olsa belə “Toyota”nın bu maşınını ala bilməyəcəksiniz – Səbəbi isə MARAQLIDIR
Dəniz suyu ilə yuduğu avtomobil zədələndi; şirkəti məhkəməyə verdi
Yeni vağzalda kondisioner olmayacaq - SƏBƏB
Lökbatanda qəfil bitən yol - VİDEO
SSRİ-də belə komfortlu taksi olacaqmış - FOTOLAR
Bu avtomobildən cəmi 30 ədəd istehsal olunacaq – SƏBƏBLƏR
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi - VİDEO
Ədalət Şükürovun bahalı avtomobilləri – “Maybach” da var... – FOTO
300 manatlıq ayaqyolunu oğurlayanın 30 minlik avtomobili müsadirə olundu
93 yaşlı nizamlayıcı hər gün iş başındadır










