NASA Uran planetinin yeni təbii peykini aşkarlayıb

NASA-nın “James Webb” kosmik teleskopundan istifadə edən agentliyin Cənub-Qərb Tədqiqat İnstitutunun (SwRI) rəhbərlik etdiyi qrup Uranın orbitində əvvəllər naməlum olan təbii peyk müəyyən edib və planetin məlum peyk ailəsini 29-a çatdırıb. Bu kəşf kosmik teleskopun fevralın 2-də apardığı müşahidələrin təhlili zamanı edilib.
Avtosfer.az NASA-nın məlumatına istinadla xəbər verir ki, SwRI-nin Kolorado ştatının Boulder şəhərində yerləşən Günəş Sistemi Elm və Kəşfiyyat Bölməsinin aparıcı alimi Maryam El Mutamid deyib: “Bu obyekt Yaxın İnfraqırmızı Kamera (NIRCam) tərəfindən çəkilmiş 40 dəqiqəlik uzun ekspozisiyalı şəkillər seriyasında aşkar edilib”. Onun sözlərinə görə, həmin göy cismi kiçik bir Aydır, hətta NASA-nın “Voyager 2” kosmik gəmisinin təxminən 40 il əvvəl uçuşu zamanı da nəzərə çarpmayıb.
Yeni kəşf edilən təbii peykin Uranın digər kiçik peykləri ilə oxşar əksetmə qabiliyyətinə (albedo) malik olduğu fərz edilərsə, diametrinin cəmi altı mil (10 kilometr) olduğu təxmin edilir. Bu kiçik ölçü onu “Voyager 2” və digər teleskoplar üçün görünməz edib.
Astronomlar bildirirlər ki, heç bir başqa planetdə Uran qədər kiçik daxili peyklər yoxdur və onların halqalarla mürəkkəb qarşılıqlı əlaqələri təbii peyklərə münasibətdə xaotik tarixə işarə edir. Üstəlik, yeni Ay əvvəllər məlum olan daxili təbii peyklərin ən kiçiyindən daha balaca və çox solğundur.
Yeni təbii peyk “Miranda”, “Ariel”, “Umbriel”, “Titaniya” və “Oberon” kimi ən böyük peyklərin içərisinə doğru dövr edən kiçik peyklərin mürəkkəb sisteminin 14-cü üzvüdür. O, planetin mərkəzindən təxminən 56 min kilometr məsafədə yerləşir və Ofeliya (Uranın əsas halqa sistemindən bir qədər kənardadır) və Bianka orbitləri arasında planetin ekvator müstəvisi ətrafında fırlanır. Peykin demək olar ki, dairəvi orbiti onun hazırda olduğu yerin yaxınlığında formalaşmış ola biləcəyini göstərir.
Tapılan təbii peykin adı astronomik obyektlərə rəsmi adlar və təyinatların verilməsində aparıcı orqan olan Beynəlxalq Astronomiya İttifaqı (IAU) tərəfindən təsdiqlənməlidir.
Rusiyada xarici təyyarələrlə bağlı daha bir QADAĞA
Svetoforların düzgün idarə olunması tıxacları azalda bilər – ARAŞDIRMA
“Apple CarPlay” və “Android Auto” niyə avtomobillərdən çıxarılır? – Səbəbi AÇIQLANDI
“Lexus” sürəndə hörmət qoyanlar “Changan”da adamı bezdirirlər – Nazilə Səfərli - VİDEO
Daha bir marka tarixə qovuşa bilər
“Rettungsgasse” bizdə də ola bilərmi? - VİDEO
ABŞ-də bu avtomobillər 85 qəpikdən hərraca çıxarıldı – MARAQLI
Yollarda səs-küyün qarşısını belə almaq olar – TƏKLİF
Avtomatik maşınlarda bu düymənin nə işə yaradığını bilirsiniz? – ARAŞDIRMA
“Eşref Tek”in maşını Bakıya gətirildi: İstəyən şəkil çəkdirə bilər – VİDEO
Bu küçə piyadalaşdırılacaq: Evlərin qiyməti yüksələ bilər – EKSPERT – VİDEO










