Nəhəng qızıl yatağı tapıldı - 78 milyard dollar dəyərində

Qlobal mədən sənayesini təəccübləndirən yeni kəşf baş verib.
Avtosfer.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, Mərkəzi Çində müasir texnologiyaların köməyi ilə nəhəng qızıl ehtiyatları aşkarlanıb.
Yeni qızıl ehtiyatları Çinin mərkəzində yerləşən Hunan əyalətindəki Vanqu yatağında aşkar edilib. İlkin qiymətləndirmələrə əsasən, bu yataqdakı qiymətli metal ehtiyatlarının ümumi dəyəri təxminən 78 milyard dollar təşkil edir. Bu, bu günə qədər dünyada aşkarlanmış ən iri qızıl yataqlarından biri sayılır.
Məlumata görə, Vanqu yatağında aparılan ilkin qazma işləri zamanı artıq 2 min metr dərinlikdə 300 ton qızıl ehtiyatı qeydə alınıb. Ancaq tədqiqatlar 3 min metr dərinlikdə ehtiyatların 1000 tona çata biləcəyini göstərir.
Mütəxəssislərin qiymətləndirməsinə görə, hər ton süxurda təqribən 138 qram qızıl ola bilər. Dağ-mədən kəşfiyyatı üzrə mütəxəssis Çen Julin jurnalistlərə bildirib ki, qızıl birbaşa süxur nümunələrində gözlə görünə bilirdi ki, bu da müasir yataqlarda nadir rast gəlinən haldır.
Geoloqlar yatağın qiymətləndirilməsi üçün yeni üsullardan istifadə ediblər. Onlar qızıl damarlı süxurların 3D modellərini yaradaraq dəqiq xəritələşdirmə aparıblar. Hunan Geoloji Bürosunun direktor müavini Lyu Yunszün bildirib ki, bu texnologiya sayəsində ən zəngin sahələr və perspektivli kənar zonalar müəyyən edilib.
Ekspertlər hesab edirlər ki, bu dəqiq xəritələşdirmə metodu dünya üzrə qızıl hasilatı sahəsində inqilabi dəyişikliklərə səbəb ola bilər. Bu texnologiya, əvvəllər qeyri-effektiv sayılan yataqların da iqtisadi baxımdan sərfəli şəkildə işlənməsini mümkün edə bilər.
“Türk Dövlətləri Təşkilatının özünə aid himni olmalıdır” – Rəşad Məcid - VİDEO
Rusiyada xarici təyyarələrlə bağlı daha bir QADAĞA
Svetoforların düzgün idarə olunması tıxacları azalda bilər – ARAŞDIRMA
“Apple CarPlay” və “Android Auto” niyə avtomobillərdən çıxarılır? – Səbəbi AÇIQLANDI
“Lexus” sürəndə hörmət qoyanlar “Changan”da adamı bezdirirlər – Nazilə Səfərli - VİDEO
Daha bir marka tarixə qovuşa bilər
“Rettungsgasse” bizdə də ola bilərmi? - VİDEO
ABŞ-də bu avtomobillər 85 qəpikdən hərraca çıxarıldı – MARAQLI
Yollarda səs-küyün qarşısını belə almaq olar – TƏKLİF
Avtomatik maşınlarda bu düymənin nə işə yaradığını bilirsiniz? – ARAŞDIRMA
“Eşref Tek”in maşını Bakıya gətirildi: İstəyən şəkil çəkdirə bilər – VİDEO










