Niyə bütün qitələr Yer kürəsinin bir tərəfində toplanıb? - Elmi izah

Əgər qlobusu Sakit okeana tərəf çevirsəniz, yalnız su görmək mümkündür. Lakin onu Afrika, Avropa və Asiyaya yönəltsəniz, çoxlu quru sahəsi nəzərə çarpır. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, "IFLScience" nəşri bu hadisənin səbəbini izah edib. Məqalədə qeyd olunur ki, bu vəziyyətin başlıca səbəbi qədim superqitə Pangea və superqitə dövriyyəsi adlanan geoloji prosesdir. Qitələr hələ də tədricən bir-birindən uzaqlaşır, Atlantik okeanı genişlənir və Amerika qitəsini Avropa ilə Afrikadan uzaqlaşdırır. Buna baxmayaraq, qitələr Yer kürəsində bərabər paylanmayıb və ehtimal ki, heç vaxt tam simmetrik vəziyyətə çatmayacaqlar. Alimlərin fikrincə, təxminən hər 300–500 milyon ildən bir Yer kürəsində superqitə əmələ gəlir. Superqitə - bir neçə tektonik plitənin birləşməsi nəticəsində dəniz səviyyəsindən yuxarı qalxan böyük quru sahəsidir. Hər hansı superqitə adlandırılmaq üçün bu quruluş Yer səthinin ən azı 75 faizini əhatə etməlidir. Hazırda Avropa, Asiya və Afrika birləşmiş vəziyyətdə olsa da, onların ümumi sahəsi Yer səthinin cəmi 57 faizini təşkil edir. Son mövcud superqitə Pangea təxminən 336–175 milyon il əvvəl var olub və onun parçalanması prosesi hələ də davam edir. Ondan əvvəl Qondvana adlı nəhəng quru sahəsi mövcud idi (bəzən onu superqitə saymırlar), eləcə də daha qədim, az tanınan superqitələr mövcud olub.
Məqalədə yazılır:
"Əslində qitələrin hərəkətinə səbəb olan qüvvələr onları Yer səthində daim hərəkətdə saxlayır. Yüz milyonlarla il ərzində qitələr yaxınlaşaraq superqitə əmələ gətirir, sonra isə yenidən parçalanır. Qarşıdakı on milyonlarla il ərzində Avrasiya şərqə, Amerika isə qərbə doğru hərəkət edəcək. Daha sonra yeni superqitənin formalaşması prosesi başlaya bilər".
O vaxta qədər Yer böyük "mavi kürə” kimi qalacaq — kiçik quru sahələri olan geniş okean planeti. Orbitdən, xüsusilə Sakit okeanın cənub hissəsi üzərindən baxdıqda, bu nəhəng okeanın öz "əks nöqtələri” ilə necə uzandığını görmək mümkündür.
Svetoforların düzgün idarə olunması tıxacları azalda bilər – ARAŞDIRMA
“Apple CarPlay” və “Android Auto” niyə avtomobillərdən çıxarılır? – Səbəbi AÇIQLANDI
“Lexus” sürəndə hörmət qoyanlar “Changan”da adamı bezdirirlər – Nazilə Səfərli - VİDEO
Daha bir marka tarixə qovuşa bilər
“Rettungsgasse” bizdə də ola bilərmi? - VİDEO
ABŞ-də bu avtomobillər 85 qəpikdən hərraca çıxarıldı – MARAQLI
Yollarda səs-küyün qarşısını belə almaq olar – TƏKLİF
Avtomatik maşınlarda bu düymənin nə işə yaradığını bilirsiniz? – ARAŞDIRMA
“Eşref Tek”in maşını Bakıya gətirildi: İstəyən şəkil çəkdirə bilər – VİDEO
Bu küçə piyadalaşdırılacaq: Evlərin qiyməti yüksələ bilər – EKSPERT – VİDEO
Gədəbəydə maraqlı toy karvanı - VİDEO










