“Obezşumka”nın zərərləri

Çox vaxt elan saytlarında belə xəbərlərə rast gəlirik: “maşın tam “obezşumka” olunub”. Bu cümlə çox vaxt alıcıları cəlb edir. Bəs bu danışıq dilində “obezşumka” dediyimiz səs izolyasiyası nə dərəcədə səmərəlidir?
Avtosfer.az rus mənbələrinə istinadla xəbər verir ki, zavoddan kənarda həyata keçirilın səs izolyasiyası çox vaxt fəsadlara da yol açır. Zərərlərin ən böyüyü avtomobilin kütləsinin artmasıdır. Kütlə artımı həm asqı sisteminə əlavə yük olur, həm də yanacaq sərfiyyatını artırır. Asılma detallar, konkret olaraq qapıların həngəmaları tez sıradan çıxdığı üçün qapılar sallanır. Bəzi detalların təmiri çətinləşdiyi üçün əlavə izolyasiyanı sökmək lazım gəlir. Təmirdən sonra isə səs yaranır.
Ən əsası isə, səs izolyasiyası zamanı istifadə edilən materiallar (əsasən süngər) qapalı boşluqlarda, kuzov daxilində rütubətin toplanmasına səbəb olur. Bu da korroziya üçün ideal mühitdir. Rütubət həm də bir müddət sonra avtomobil salonundan kənarlaşdırıla bilməyən iy gəlməsi ilə də nəticələnir.
Ekspertlərin qənaətinə görə, peşəkar səs izolyasiyası çox bahadır. Müasir avtomobillərin çoxunda isə əlavə izolyasiyaya ümumiyyətlə ehtiyac yoxdur.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












