Okeanın dibində sensasiya: Robot batmış aviadaşıyıcıda qeyri-adi əşya aşkarladı

Əfsanəvi "USS Yorktown" gəmisinin qalıqlarına edilən ekspedisiya zamanı tədqiqatçılar həm maraqlı tarixi fraqmentlərə, həm də gözlənilməz bir tapıntıya rast gəliblər - klassik avtomobil. Avtosfer.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, Amerikanın məşhur "USS Yorktown" aviadaşıyıcısı 1942-ci ildə Miduey döyüşü zamanı batdıqdan sonra 80 ildən artıq müddətdə Sakit okeanın 5000 metr dərinliyində qalıb. İndi isə "Bild" yazır ki, alimlər ilk dəfə sualtı robotlar vasitəsilə gəminin içərisinə baxış keçirə biliblər və orada əsl tarixi sensasiya aşkar ediblər.
Tapıntı: 1940-cı illərə aid avtomobil
Gəminin arxa göyərtəsində sualtı araşdırma robotu "Deep Discoverer" 1940–1941-ci illərə aid "Ford Super Deluxe Woody" markalı klassik avtomobil aşkar edib. Ön lövhəsində "Ship Service_Navy" ("Donanma xidməti") yazısı aydın görünür. Bu avtomobilin kontr-admiral Frenk Cek Fleçer, kapitan Elliot Bakmaster və ya ekipajın digər üzvləri tərəfindən xarici limanlarda gəminin dayanacağı zamanı istifadə olunmuş ola biləcəyi ehtimal edilir. "Bu, tamamilə gözlənilməz kəşfdir. İndiyə qədər batmış hərbi gəmilərdə buna bənzər heç nə görməmişdik", deyə deyə tədqiqatçılar bildirir.
Avtomobilin gəmidə olması bir çox suallar doğurur:
- Niyə Miduey döyüşündən əvvəl o, evakuasiya edilməmişdi?
- Gəmi zədələndikdən sonra təyyarələr və silahlarla birlikdə nə üçün suya atılmamışdı?
Digər tarixi izlər
Avtomobildən əlavə, tədqiqatçılar "USS Yorktown"un səyahətlərini əks etdirən 12x4 metr ölçüsündə böyük bir freska, eləcə də lift şaxtalarının yaxınlığında üç ədəd dalma bombardmançı təyyarənin və digər döyüş təyyarələrinin qalıqlarını da aşkar ediblər. Bu, Miduey döyüşündə iştirak edən aviasiyanın ilk sualtı sübutudur.
"USS Yorktown" haqqında
"USS Yorktown" ABŞ tərəfindən rəsmi olaraq "qeyri-adi əhəmiyyətə malik məkan" statusu alıb və onun araşdırılması "NOAA"nın (ABŞ Okean və Atmosfer İdarəsi) "Mavi dünya arxasında" layihəsinin tərkib hissəsidir. Aviadaşıyıcı Sakit okeandakı həlledici döyüşlərdən biri zamanı – ABŞ-ın qalib gəldiyi Miduey döyüşündə – Yaponiya sualtı qayığının torpedo hücumu nəticəsində batıb. İndi isə o, yalnız alimlərin çata bildiyi dərinliklərdə yeni hərbi-tarixi səhifələri üzə çıxarır.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












