Övladlarını oxutmaq üçün maşınını satmışdı, qızı yenidən hədiyyə etdi - VİDEO

Restoranda ailəvi nahardan sonra övladları ilə birlikdə dayanacağa doğru hərəkət edən ata üçün gözlənilməz və duyğulu bir an yaşanıb.
Avtosfer.az xəbər verir ki, maraqlı hadisə xarici ölkələrdən birində yaşanıb.
Belə ki, yaşlı kişi dayanacaq yaxınlığında park edilən tanış bir avtomobili görərək dərindən nəfəs alıb və bir anlıq yerində donub qalıb. Diqqətlə baxdıqda, bu avtomobilin illər əvvəl ona məxsus olduğunu anlayıb. O, həmin nəqliyyat vasitəsini vaxtilə ailəsinin ehtiyaclarını qarşılamaq və övladlarını böyütmək üçün satmağa məcbur olmuşdu.
Kişi maşına yaxınlaşaraq xatirələrini övladları ilə bölüşüb – ailəvi səfərlər, ilk məktəb günləri və digər unudulmaz anlar göz önündə canlanıb.
Lakin onu daha da duyğulandıran hadisə az sonra baş verib. Qızı cibindən avtomobilin açarını çıxararaq atasına uzadıb. Yaşlı kişi nə baş verdiyini anlamasa da, qızı izah edib ki, illər əvvəl satılan həmin avtomobili taparaq yenidən alıb və atasına hədiyyə edib.
Bu sürpriz ailənin hər bir üzvü üçün emosional və yaddaqalan bir an olub. Ata üçün bu hadisə yalnız bir avtomobilin geri qaytarılması yox, illər əvvəl etdiyi fədakarlığın qiymətləndirilməsi və unudulmadığının rəmzi kimi yadda qalıb.
Eltac Zülfüqaroğlu
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












