Özünü bort bələdçisi kimi göstərdi, 6 il təyyarələrdə pulsuz uçdu

ABŞ-nin Cənubi Florida ştatından olan 35 yaşlı Tiron Aleksander fırıldaqçılıq ittihamı ilə 30 il müddətinə azadlıqdan məhrum edilə bilər.
Avtosfer.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
Qeyd olunur ki, o, təyyarələrdə pulsuz səyahət etmək üçün özünü bort bələdçisi, bəzən də pilot kimi təqdim edib. Aleksander 2018-ci ildən 2024-cü ilə qədər yeddi ABŞ aviaşirkətinin bron sistemini aldadıb və 120-dən çox uçuş həyata keçirib.
Federal məhkəmə Aleksanderi elektron fırıldaqçılıqda və hava limanlarının təhlükəsiz ərazilərinə saxta bəhanə ilə qanunsuz daxil olmaqda təqsirli bilib. İstintaqın məlumatına görə, o, aviaşirkətlərin əməkdaşları üçün nəzərdə tutulan bilet bronlaşdırma sistemlərindəki boşluqlardan istifadə edib. Bunun üçün saxta məlumatlar, o cümlədən 30-a yaxın saxta bort bələdçisi nişanı nömrələri və uydurma işə qəbul tarixləri daxil edib.
Aviaşirkət sistemləri illərlə fırıldaqçılığın fərqində olmayıb, bu da onların təhlükəsizliyi ilə bağlı suallar doğurur. Fırıldaqçının dəqiq necə müəyyən edildiyi barədə məlumat verilmir. İndi Aleksanderi ağır cəza gözləyir - 30 ilə qədər həbs.
Qeyd edək ki, bu hekayə Stiven Spilberqin "Catch Me If You Can" (Bacarırsansa, tut məni) filminin süjetini xatırladır. Burada baş qəhrəman Frenk Abaqnale 1960-cı illərdə saxta sənədlərdən və başqa insanların məlumatlarından istifadə edərək uğurla pilot obrazı yaradıb. Çox güman ki, bu nümunə Aleksanderi fırıldaqlarını etməyə ruhlandırıb.
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF
Özünü maşın altına ataraq sürücünü şərləməyə çalışan piyadanı NƏ GÖZLƏYİR?












