Pikassonun itən 600 minlik əsəri tapıldı - FOTO

İspaniya polisi Madriddə dahi rəssam Pablo Pikassonun oktyabr ayının əvvəlindən itkin sayılan “Gitara ilə natürmort” rəsmini tapıb.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə yerli “El Pais” qəzeti məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, əsər paytaxt ərazisindədir və onu Qranadaya çatdırmalı olan nəqliyyat vasitəsinə yüklənməyib.
1919-cu ildə quaş texnikası ilə çəkilmiş rəsm əsəri təxminən 600 min avro məbləğində sığortalanıb. Onu ötən həftə Qranadada açılan “Natürmort. İnert əbədiyyət” adlı vernisajında (bayram ab-havasında incəsənət sərgisinin açılışı - red.) sərgiləmək planlaşdırılırdı. Əsər digər 56 rəsmlə birlikdə qablaşdırılıb və sentyabrın 25-də göndərilmək üçün hazırlanıb.
Yükdaşıma şirkəti əsərləri videomüşahidə altında çatdırıb, lakin qablaşdırmaların tam nömrələnməsi olmadığına görə əməkdaşlar açılmadan əvvəl detallı yoxlama apara bilməyiblər.
Oktyabrın 6-da aparılan yoxlama zamanı rəsmlərdən birinin əskik olduğu müəyyən edilib, bundan sonra sərginin təşkilatçısı olan “CajaGranada” fondu polisə müraciət edib. Əsərin yoxa çıxması İnterpolun oğurlanmış və itkin düşmüş incəsənət əsərlərinin beynəlxalq bazasına daxil edilib.

3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












