Plastikdəki kimyəvi maddələr ürək ritminə təsir göstərir - Araşdırma

Cincinnati Universiteti Tibb Kollecinin yeni araşdırması göstərib ki, plastik və şəxsi qulluq məhsullarında olan “BPA” adlı kimyəvi maddəyə yüksək məruz qalma ürəyin elektrik fəaliyyətində dəyişikliklər yarada bilər.
Avtosfer.az “MedicalXpress” portalına istinadla xəbər verir ki, tədqiqat 600 nəfər üzərində aparılıb. Sidik analizləri və EKQ nəticələri göstərib ki, bədəndə “BPA” səviyyəsi yüksək olan şəxslərdə ürək ritmində dəyişikliklər müşahidə olunur. “BPA” su butulkaları, yemək qabları, kassa çekləri, gözlük linzaları, uşaq şüşələri və makiyaj məhsullarında tapıla bilər. Mütəxəssislər bu maddələrin gündəlik həyatda geniş yayılmış fenollar qrupuna daxil olduğunu bildirirlər.
Araşdırmanın müəlliflərindən, kardioloq dr. Cek Rubinşteyn bildirib ki, sağlam insanlarda ciddi təsir gözlənilmir, lakin yaşlı və genetik olaraq risk qrupunda olan şəxslərdə bu maddələr ürəyin fəaliyyətinə mənfi təsir göstərə bilər. Bu, “BPA” kimi kimyəvi maddələrin insan ürəyinin elektrik sistemi ilə əlaqəsini göstərən ilk böyük tədqiqat sayılır. Alimlər növbəti mərhələdə kimlərin daha çox risk altında olduğunu və gündəlik “BPA” məruz qalmasını necə azaltmaq mümkünlüyünü araşdırmağı planlaşdırırlar.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












