Poçt xidməti gecikdirməyə görə 21 milyon dollar cərimələnib

Böyük Britaniyanın poçt xidməti “Royal Mail” birinci və ikinci dərəcəli məktubların vaxtında çatdırılmadığına görə 21 milyon funt sterlinq məbləğində cərimələnib.
Avtosfer.az “The Guardian”a istinadla xəbər verir ki, bu barədə ölkənin rabitə tənzimləyicisi “Ofcom” məlumat yayıb. Bu, 509 illik tarixə malik poçt xidmətinin “Ofcom” tərəfindən üçüncü dəfə cərimələnməsi, həmçinin qurumun indiyədək tətbiq etdiyi ən böyük cərimələrdən biridir.
“Ofcom”un altıaylıq araşdırmasına əsasən, “Royal Mail” 2024–2025-ci maliyyə ili ərzində birinci dərəcəli məktubların cəmi 77 faizini, ikinci dərəcəli məktubların isə 92,5 faizini vaxtında çatdırıb. Halbuki, müəyyən edilmiş hədəflər müvafiq olaraq 93 və 98,5 faiz idi.
Tənzimləyici qurum şirkətə təcili şəkildə inandırıcı təkmilləşdirmə planı təqdim etməyi və onun icrasını təmin etməyi tapşırıb, əks halda yeni cərimələrin qaçılmaz olacağı bildirilib. “Ofcom” qeyd edib ki, “Royal Mail” ötən il üçün plan təqdim etsə də, real nəticələrdə heç bir irəliləyiş müşahidə olunmayıb və bu hal qəbuledilməz hesab edilir.
Qeyd edək ki, cari ilin aprelində çexiyalı milyarder Daniel Kretinski “Royal Mail”in sahibi olan “International Distribution Services” şirkətini 3,6 milyard funt sterlinqə satın alıb. Bu alqı-satqı Böyük Britaniya hökumətinin milli təhlükəsizlik baxımından təsdiqindən sonra baş tutub.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












