Pulsuz nəqliyyat: Hansı ölkələr tələbələr üçün imkan yaradır?

Müasir dövrdə təhsilalanların sosial rifahının yaxşılaşdırılması və gündəlik həyatlarını asanlaşdırmaq məqsədilə bir çox ölkələrdə tələbələr üçün ictimai nəqliyyat xidmətlərində ciddi güzəştlər və ya tam pulsuz istifadə imkanları yaradılır.
AzEdu.az mövzu ilə bağlı araşdırma edib.
Estoniya (Tallinn)
2013-cü ildən etibarən Estoniyanın paytaxtı Tallin şəhərində qeydiyyatda olan sakinlər üçün ictimai nəqliyyat pulsuzdur. Bu qərardan tələbələr də faydalanırlar. Tallin bu təşəbbüsü ilə Avropada ilk “pulsuz nəqliyyatlı paytaxt” statusunu qazanıb. Layihənin əsas məqsədi sakinləri şəxsi avtomobillərdən imtina etməyə təşviq etmək, tıxacları azaltmaq və daha təmiz şəhər mühiti yaratmaq olub.
Lüksemburq
2020-ci ildən etibarən Lüksemburq tam şəkildə ölkə daxilində ictimai nəqliyyatı pulsuz edən ilk ölkə olub. Bu tətbiq yalnız tələbələr üçün deyil, bütün sakinlər və turistlər üçün keçərlidir. Tələbələrin universitet və kolleclərə rahat və pulsuz şəkildə çatmaları sosial bərabərlik baxımından yüksək qiymətləndirilir.
İtaliya (Katania şəhəri)
İtaliyanın Katania şəhərində 2023-cü ildən etibarən universitet tələbələri üçün bütün ictimai nəqliyyat vasitələri (avtobus və metro) pulsuz edilib. Bu təşəbbüs tələbələrin təhsil motivasiyasını artırmaqla yanaşı, ekoloji cəhətdən davamlı şəhər hərəkatını da dəstəkləyir.
Almaniya (Berlin və Brandenburg)
Berlin şəhərində məktəb yaşlı şagirdlər üçün 2019-cu ildən ictimai nəqliyyat pulsuzdur. Tələbələr isə “semester ticket” adlı xüsusi nəqliyyat kartı vasitəsilə yüksək endirimlə bu xidmətlərdən istifadə edirlər. Bu model Almaniyanın digər şəhərlərində də geniş yayılıb.
Portuqaliya (Lissabon)
Lissabon şəhərində 2022-ci ildən bəri 23 yaşadək gənclər, eləcə də tələbələr üçün ictimai nəqliyyat pulsuzdur. Bu qərar gənclərin təhsil və iş imkanlarına daha asan çıxışını təmin etmək məqsədi daşıyır.
Malta
2022-ci ilin oktyabrından etibarən Malta hökuməti yerli sakinlər, o cümlədən tələbələr üçün ictimai nəqliyyatı tam şəkildə pulsuz edib. Tələbə kartı ilə qeydiyyatdan keçmiş şəxslər rahatlıqla bu imkandan istifadə edirlər.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












