Qadın kirayə pulu verməmək üçün işə təyyarə ilə gedib-gəlir

Malayziyada yaşayan hind əsilli Reyçel Kaur iş və ailə həyatı arasında tarazlıq qurmaq məqsədilə işə hər gün təyyarə ilə gedib-gəlir.
Avtosfer.az "Sözcü" qəzetinə istinadla xəbər verir ki, "Air Asia" aviaşirkətinin maliyyə departamentində müdir köməkçisi vəzifəsində işləyən qadın hər gün Malayziyanın Pinanq ştatından Kuala-Lumpur şəhərinə təyyarə ilə uçur.
İki uşaq anası olan R.Kaurun bu qeyri-adi yola baş vurmasının səbəbi övladları ilə daha çox vaxt keçirmək istəyidir.
2024-cü ildən əvvəl Kuala-Lumpurda işləyən qadın, yalnız həftədə bir dəfə Pinanqdakı evinə qayıda bilirdi. Qadın qurduğu bu yeni nizam sayəsində hər axşam evində ola bilir.
O, səhər saat 4:00-da yuxudan oyanır, 5:55-də təyyarəyə minir, 7:45-də iş yerinə çatır. Axşam saatlarında işdən çıxan kimi yenidən təyyarəyə minir və saat 20:00-da evində olur.
Məsələnin qəribə tərəfi odur ki, çox çətin görünən bu seçim Kuala-Lumpurda ev kirayələməkdən daha sərfəlidir. Belə ki, R.Kaur təyyarə ilə gedib gələrək qalmaq və yemək xərclərinə qənaət edir.(oxu.az)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












