Qadın tramvayla evləndi - FOTO

Fransa sakini Sandra Ram tramvayla evləndiyini bildirib. Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb. Nəşrin yazdığına görə, Strasburq şəhərindən olan qadın CTS-yə məxsus 3013 nömrəli tramvaya qarşı hisslər bəslədiyini iddia edir. Onun sözlərinə görə, bu hisslər bir neçə il əvvəl yaranıb və 2020-ci ildə lokdaun dövründə tam formalaşıb. Ram bu vəziyyəti “obyektofiliya” adlanan nadir hal ilə izah edir — yəni cansız əşyalara qarşı emosional və ya romantik bağlılıq. O, “partnyoru” ilə qarşılıqlı əlaqə hiss etdiyini deyir. “Toy mərasimi” tramvay sürücüsünün iştirakı ilə keçirilib və o, kiçik bir tədbirin təşkilinə kömək edib. Bundan sonra qadın sosial şəbəkələrdə bu münasibət haqqında aktiv şəkildə paylaşım edir və tramvayla bağlı materiallar yayımlayır.
Sandra bildirib ki, onun eyni zamanda sevgilisi də var və o, qadının tramvayla münasibətinə etiraz etmir.

3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












