Qadınlara motosiklet sürməyə icazə verdilər

İranda qadınlara motosiklet sürücülük vəsiqəsinin verilməsinə imkan yaradan Nazirlər Kabinetinin qərarı rəsmi olaraq qüvvəyə minib.
Avtosfer.az xəbər verir ki, Birinci vitse-prezident Məhəmməd Rza Arif tərəfindən imzalanaraq, aidiyyəti qurumlara göndərilən sənəd qadınların ilk dəfə motosiklet sürücülüyü ilə bağlı sənəd almasının hüquqi əsasını yaradıb.
Qərara əsasən, qadın namizədlər üçün təlim və imtahan prosesi İran Polis Qüvvələri tərəfindən təşkil olunacaq və yol polisinin nəzarəti altında həyata keçiriləcək.
Təlim və imtahanların, əsasən, qadın təlimçilər tərəfindən aparılması nəzərdə tutulur. Lakin zəruri hallarda və kifayət qədər qadın imtahançı olmadıqda, dini qaydalara riayət olunmaq və yol polisinin birbaşa nəzarəti şərti ilə kişi təlimçilərin də prosesdə iştirakına icazə veriləcək.
Qeyd edək ki, İranda qadınların motosiklet sürməsinə dair açıq qanuni qadağa olmasa da, praktikada onlara sürücülük vəsiqəsi verilməməsi uzun illərdir müzakirə mövzusu idi. 2010-cu ildə Yol Hərəkəti Qaydalarının Pozuntuları Qanununa motosiklet sürücülük vəsiqələrinin yalnız kişilərə verilməsini nəzərdə tutan müddəa əlavə edilmiş, bu isə mövcud praktik vəziyyəti rəsmiləşdirərək, qadınların vəsiqə almasını faktiki olaraq mümkünsüz etmişdi. Bu məhdudiyyətlərin bəzi dini çevrələrdə səsləndirilən narahatlıqlarla da əsaslandırıldığı bildirilirdi.
Hökumətin bu sahədə ilk ciddi addımı ötən il atılıb. Belə ki, 28 avqust 2025-ci ildə Prezidentin müşaviri Kazım Dilxoş Yol Hərəkəti Qaydalarının Pozuntuları Qanununun 20-ci maddəsinə dəyişiklik edilməsini nəzərdə tutan qanun layihəsinin parlamentə təqdim edildiyini açıqlamışdı. Yeni qərar həmin təşəbbüsün nəticəsi kimi qiymətləndirilir.
“Tesla”ya rəqib çıxdı: Tıxacdan uçaraq qurtulmaq mümkün olacaq?
Təltif olunduğu ordeni illər öncə özü hazırlayıbmış...
Avtomobillər yolda enerji toplayacaq: Yeni sistem hazırlanır
Tramvay, yoxsa avtomobil: Bakının küçələri kimə xidmət etməlidir? - ARAŞDIRMA
Dronda yeni sürət rekordu
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı












