Qalaktikamızın mərkəzi yaxınlığında spirt molekulları tapılıb - FOTO

Süd Yolu qalaktikamızın mərkəzinin yaxınlığındakı “Oxatan B2” qaz və toz buludunda spirt molekulu olan izopropanol aşkar edilib.
Bu barədə Almaniyadan olan alimlərin rəhbərlik etdikləri beynəlxalq tədqiqatçılar qrupu elan edib. Onların müşahidələrinin nəticələri “Astronomy & Astrophysics” jurnalında dərc olunub.
Məlumata görə, alimlər ALMA teleskopunda spektroskopiyadan istifadə edərək kosmosda izopropanol (dezinfeksiya kimi işlərdə istifadə olunur) molekulunu müəyyən edə biliblər.
Maraqlıdır ki, izopropanolun özündən əlavə, alimlər onun yalnız karbon atomunda - propanolda fərqlənən izomerini də kəşf ediblər. Bu iki birləşmə ulduzlararası fəzada ilk dəfə müəyyən edilib.
Alimlər ümid edirlər ki, onların kəşfi kosmosda müxtəlif maddələrin necə əmələ gəldiyini aşkar edəcək.
Qeyd edək ki, qaz və toz buludlu “Oxatan B2” Yerdən 26 min işıq ili məsafəsindədir.
(“Oxatan B2” qaz və toz buludu)
Avtomobilinə başqa nömrə taxan sürücü 17 min manat cərimələndi - FOTO
Zəngilanda ilk dəfə “Qarabağa Qayıdış – İlk Texnika Festivalı” keçirilib - FOTOSESSİYA
Tanınmış istehsalçı elektrikə kəskin keçiddən imtina etdi
Bakı tıxacına görə qonşuları arasında neçənci yerdədir? – STATİSTİKA
Məktəb avtobuslarında şagirdləri qoruyan sistem: Avtomobillər dayanır – VİDEO
Azərbaycanda yol tikintisində müasir texnologiyalar necə TƏTBİQ OLUNUR?
Bu düymə yanacaq sərfiyyatına təsir edə bilər – ARAŞDIRMA
Siqaretə görə küsən sərnişin, ayağı havada gedən KAMAZ sürücüsü
Bu avtomobillərdə sükan problemi aşkarlanıb: Kütləvi geri çağırma BAŞLANILDI
Avtomobil sürmə təlimində yaş məhdudiyyəti neçədir? – AÇIQLAMA - VİDEO
Bu saatın xətası 300 milyard ildə 1 saniyədir - FOTO












