Qarabağda "Zəfər bağı"nın salınması təklif olunur

"Ermənistanın işğal dövründə ekologiyamıza vurduğu ziyanın aradan qaldırılması üçün Qarabağda "Zəfər bağı" salınmalıdır".
Bunu açıqlamasında “Səyyahlar” Təbii Sərvətlərin və Ətraf Mühitin Araşdırılması və Tanıdılması İctimai Birliyinin sədri Elsevər Cəlilov deyib.
O bildirib ki, işğal dövründə ermənilər təkcə Azərbaycanın tarixi, dini, mədəni abidələrinə deyil, həm də ekologiyasına qarşı terror törədiblər: "Bunlardan biri də meşəlik ərazilərdə hərbi poliqonların yaradılması olub. Ermənistan ərazisində yerləşən müəsisələrdəki çirkab suları işğal dövründə ölkəmizin çaylarına axıdılıb. Bu da çayların flora və faunasına mənfi təsir göstərib. Ermənilər Qarabağda buna bənzər bir çox ekoloji terror aktları törədiblər. Meşələri yandırıb, hətta buradakı ağacları kəsib bir hissəsini qonşu dövlətlərə pul hesabına satıblar. Bəsitçay qoruğunda yerləşən meşəlikləri, Topxana meşəsini, həmin meşələrdəki Araz palıdını məhv etməyə çalışıblar".
Elsevər Cəlilov
E.Cəlilov deyib ki, bütün bunlara görə işğaldan azad olunan ərazilərdə "Zəfər bağı"nın salınması zəruridir: "Zəfər bağı” layihəsini 8 noyabr 2021-ci il tarixində - Zəfər Günündə, Şanlı Azərbaycan Ordusunun işğaldan azad etdiyi Qarabağ torpaqlarında (minalardan təmizlənmiş ərazilərdə) həyata keçirməyi planlaşdırırıq. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məktubla müraciət etmişik. Nazirlikdən müsbət cavab gəldiyi halda təşkilat hesabına Qarabağın müxtəlif rayonlarında ağacəkmə aksiyasına başlayacağıq. Şəhidlərin əziz xatirəsini əbədiləşdirmək və ölkəmizin ərazi bütövlüyünün daimi olduğunu simvolizə etmək üçün uzunömürlülük və davamlılıq rəmzi olaraq 100 000 palıd qozasını, 200 alma, 100 ədəd fıstıq, 50 ədəd Xan çinarı ağacını işğaldan azad olmuş müqəddəs Qarabağ torpaqlarında əkərək “Zəfər bağı”nın təməlini qoymaq isətəyirik. İstənilən dövlət qurumu və QHT "Zəfər bağı" layihəsinə öz dəstəyini göstərə bilərlər. Zəfər bağının təməli qoyulandan sonra 10 il ərzində təşkilatımızın hesabına hər il 1 000 ədəd palıd şitilini də bu bağda əkməyi öz üzərimizə götürürük.
İnanıram ki, ETSN “Zəfər bağı” layihəsinin işğaldan azad olmuş ərazilərimizdə həyata keçirilməsi üçün uyğun yerin seçilməsində bizə yardım edəcək". (Report)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












