Qazi Suqovuşanda yaralandığı yeri ziyarət edib - FOTO - VİDEO

Bu gün Talış və Suqovuşan kəndlərinin erməni işğalından azad edilməsinin bir ili tamam olur.
Ötən il sentyabrın 27-də Azərbaycan ordusunun ermənilərin Tərtər istiqamətində hücumunun qarşısını aldıqdan sonra əks-hücum əməliyyatları zamanı iki kənd düşmən işğalından azad edilib. İlk günlərdə ciddi müqavimət göstərməyə çalışan ermənilər əsgərlərimizin həmləsi qarşısında davam gətirə bilməyib.
Bu cür əsgərlərimizdən biri də Suqovuşan istiqamətində ermənilərin atdığı artilleriya mərmisinin partlaması nəticəsinə ayağının birini itirən Zahir Ağayevdir.
Vətən müharibəsinin qazisi bir il sonra yaralandığı yeri ziyarət edib və təəssüratlarını "Report"un Qarabağ bürosuna danışıb.
Zahir Ağayev həmin istiqamətdə şəhid olan döyüşçü yoldaşları üçün üzüldüyünü dilə gətirib. Həmin gün onların yaralanmasına səbəb olan mərminin qalıqları hələ də hadisə yerində qalır.
Qəhrəmanımız deyir ki, indi bu yerlərə o tək özünün deyil, ərazilərimizin azad olunması yolunda canını fəda edən şəhidlərimizin gözü ilə baxır.
Qazi yaralandığı yeri ziyarət etdikdən sonra burada şəhid olan əsgər yoldaşlarının xatirəsini yad edərək partlayış yerinə gül qoyub.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












