Qəza törədib mübahisə edən sərxoş şəxslər avtomobili güllələyib qaçdı - VİDEO

Qəza törədib bir-biri ilə mübahisə edən şəxslər yol kənarına atdıqları avtomobili güllələyib yararsız vəziyyətə salıblar. Avtosfer.az xəbər verir ki, hadisə Türkiyənin Batman bölgəsində baş verib. Məlumata görə, şəhər mərkəzinin İrmi məhəlləsində 31-ASK-117 nömrə nişanlı “Audi” markalı minik avtomobilin şüşələri sınıq halda tərk edilmiş vəziyyətdə tapılması barədə polisə məlumat daxil olub. Hadisə yerinə gələn polis əməkdaşları nəqliyyat vasitəsinin ön sağ tərəfində zədələndiyini, ön sağ qapıda güllə izlərinin və şüşələrinin sınıq olduğunu müəyyən ediblər. Yerində aparılan araşdırma zamanı on iki boş 9,19 millimetrlik giliz aşkarlanıb. Məlum olub ki, 3 nəfər şəxs avtomobildə spirtli içki qəbul etdikdən sonra qəza törədiblər. Maşını yol kənarına çəkən şəxslər bir müddət mübahisə ediblər. Onlardan biri daha sonra hadisə yerini tərk edib. Qalan 2 nəfər isə avtomobilə dəfələrlə atəş açıb və şüşələrini daşla sındıraraq ona zərər vurub.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Namiq Musayev
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












