Qışda niyə daha çox yemək istəyirik? - Həkimdən AÇIQLAMA

Qışda bir çox insan iştahasının artdığını, şirniyyat və doyurucu qidalara olan həvəsinin isə demək olar ki, qarşısıalınmaz hala gəldiyini hiss edir. Avtosfer.az xəbər verir ki, bu barədə rusiyalı diyetoloq Lyudmila Denisenko "KP.ru"ya müsahibəsində danışıb.
O, qış iştahasını dəf etməyin yollarından bəhs edib.
"Hər şey günəş işığının olmaması, qısa günlər və hətta soyuqla bağlıdır. Ənənəvi olaraq, əcdadlarımız qışda daha çox ət yeməyə başlayırdılar, meyvələrin miqdarını azaldırdılar (bir əsr əvvəl kəndlərdə onlar sadəcə olaraq yox idi)", - deyə Lyudmila Denisenko bildirib.
Lakin bu istəyi cilovlamaq olar. Həkim qeyd edib ki, kifayət qədər su içmək, zülal və triptofanla zəngin qidalar yemək, tam taxıl çörəyi və meyvə kimi sağlam karbohidratlar, eləcə də brokoli, balqabaq, yerkökü, yaşıl və narıncı bibər kimi rəngli tərəvəzlər yemək kömək edə bilər. Lyudmila Denisenko nahara isti şorba ilə başlamağı, qəhvəyə daha az güvənməyi, fastfuddan çəkinməyi və yeməklərə tez-tez acı ədviyyatlar əlavə etməyi məsləhət görüb. Bunlar toxluq hissi verir və maddələr mübadiləsini sürətləndirir. (Oxu.az)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












