Qohumunun məzarının yanında "Mercedes" basdırdı

Çində bir yerli sakin öz qohumunun məzarı yaxınlığında “Mercedes-Benz S-klass” markalı nümayəndəlik sedanını torpağa basdırıb. Lakin sonradan onun bu avtomobili yenidən çıxarması lazım gəlib, çünki etdiyi hərəkət bir sıra hüquqi normalara zidd olub.
Avtosfer.az Lent.az-a istinadla bildirir ki, cəmiyyətdə geniş müzakirələrə səbəb olan hadisə Lyaoyan şəhər dairəsinə daxil olan Qunçanlin rayonunun kənd ərazisində baş verib. İlkin məlumatlara görə, kişi xurafat inanclarının təsiri altında heç bir icazə almadan “Mercedes-Benz S450L” model avtomobili torpağa basdırıb. Bu tip yeni avtomobilin Çində bazar qiyməti təxminən təxminən 19 min ABŞ dolları təşkil edir.
Bu nəqliyyat vasitəsinin dövlət nömrə nişanında ard-arda dörd “8” rəqəmi yer alırdı. Çində “8” rəqəmi uğur gətirən hesab olunur, çünki onun tələffüzü “varlanmaq” və ya “çiçəklənmək” sözlərinə bənzəyir. Bu cür prestijli nömrə nişanları adi hərf-rəqəm kombinasiyalarından dəfələrlə baha başa gəlir və bəzən onların qiyməti bir neçə yüz min yuana qədər yüksəlir.
Vətəndaş bu qeyri-adi hərəkəti ilə eyni anda bir neçə hüquqi normanı pozub: yol hərəkəti təhlükəsizliyi haqqında qanunvericiliyi, meşə sahələrinin mühafizəsi ilə bağlı qanunu, eləcə də dəfn mərasimləri və basdırılma qaydalarını tənzimləyən mövcud qaydaları.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












