Qorxulu iddia: Hava limanının radarları yadplanetlilərə yerimizi bildirir

Sivil və hərbi radar stansiyaları güclü elektromaqnit siqnalları yayır və bu siqnallar Yer xaricindəki mümkün ağıllı canlılara mesaj ötürə bilər. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, İngiltərənin Durham şəhərində keçirilən Kral Astronomiya Cəmiyyətinin Milli Astronomiya Konfransında təqdim olunan bir məqalədə, dünyadakı böyük hava limanlarında hava hərəkətini idarə etmək üçün istifadə olunan radar sistemlərinin, əslində, kosmosdakı potensial ağıllı sivilizasiyalara Yer kürəsinin mövcudluğunu elan edə biləcəyi iddia edilib. Mançester Universitetindən tədqiqatçılara görə, sivil və hərbi radar stansiyaları güclü elektromaqnit siqnalları yayımlayır və bu siqnallar, yerə bənzər radio teleskoplara sahib olan yadplanetli müşahidəçilər tərəfindən 200 işıq ili uzaqlıqdan belə aşkar edilə bilər.
Zəka sahibi sivilizasiyalar
Məqalənin əsas müəllifi, Mançester Universitetinin doktorantı Ramiro Caisse Saide deyib ki, araşdırmalar göstərir ki, inkişaf etmiş texnologiyaya və mürəkkəb aviasiya sisteminə sahib olan istənilən planet, fərqində olmadan radar siqnalları yayaraq ağıllı həyatın universal əlamətini ötürə bilər. Alimlər Nyu-York JFK, Londan Hiltrou və Gatwick hava limanlarından yayılan sivil və hərbi radar siqnallarının kosmosda necə hərəkət etdiyini simulyasiya ediblər.
Daha sonra bu siqnalların altı yaxın ulduz sistemindən necə görünə biləcəyini hesablayıblar:
Barnard ulduzu (6 işıq ili)
AU Microscopii (32 işıq ili)
HD 48948 (55 işıq ili)
HD 40307 (42 işıq ili)
HD 216520 (64 işıq ili)
LHS 475 (41 işıq ili)
Radar siqnalları yadplanetlilər üçün görünür ola bilər
Araşdırmaya əsasən, dünyadakı hava limanı radarları ildə 2×10¹⁵ vatt həcmində radio siqnalları yayır. Bu miqdar, ABŞ-ın Qrin Bank Teleskopu kimi güclü teleskoplarla ulduzlararası məsafədən aşkar ediləcək qədər güclüdür.
Hərbi radarlar isə dəniz fənərinin işığı kimi göy üzündə əks edir və saniyələr ərzində güclü radiasiya impulsları yaradır. Saide qeyd edib ki, bu hərbi siqnallar müəyyən nöqtələrdən baxıldığında yüz dəfə daha güclü görünə bilər. O əlavə edib:
"Güclü radio teleskoplara sahib olan hər hansı müşahidəçi üçün bu siqnallar ulduzlararası məsafədən baxıldıqda açıq şəkildə süni mənşəli görünəcək.”
Texnoloji izlərin axtarışı
Son illərdə alimlər uzaq ulduz sistemlərində ağıllı həyat axtarışını "texnoloji izlər”ə yönəldiblər. Bu izlər, bir planetdə keçmişdə və ya hazırda inkişaf etmiş texnologiyanın mövcudluğuna dair elmi sübutlar təqdim edir. Əslində bu izləri tapmaq, mikroblar kimi bioloji həyat izlərini tapmaqdan daha asan hesab olunur. 2024-cü ilin oktyabrında tədqiqatçılar Kaliforniyada yerləşən Allen Teleskop Kompleksi ilə Günəş Sisteminin "əkizi” kimi tanınan və 41 işıq ili uzaqda yerləşən "TRAPPIST-1" sistemində texnoloji izlər axtarıblar, lakin heç bir nəticə əldə edilməyib. "Forbes"ə görə, bu yeni araşdırma kosmosda həyat axtarışı yanaşmasına da yenidən baxılmasına səbəb ola bilər. İnsan mənşəli siqnalların uzaqdan necə göründüyünü başa düşmək, alimlərə digər ulduz sistemlərindən gələn oxşar siqnalları daha asan müəyyənləşdirməyə kömək edə bilər.
Rusiyada xarici təyyarələrlə bağlı daha bir QADAĞA
Svetoforların düzgün idarə olunması tıxacları azalda bilər – ARAŞDIRMA
“Apple CarPlay” və “Android Auto” niyə avtomobillərdən çıxarılır? – Səbəbi AÇIQLANDI
“Lexus” sürəndə hörmət qoyanlar “Changan”da adamı bezdirirlər – Nazilə Səfərli - VİDEO
Daha bir marka tarixə qovuşa bilər
“Rettungsgasse” bizdə də ola bilərmi? - VİDEO
ABŞ-də bu avtomobillər 85 qəpikdən hərraca çıxarıldı – MARAQLI
Yollarda səs-küyün qarşısını belə almaq olar – TƏKLİF
Avtomatik maşınlarda bu düymənin nə işə yaradığını bilirsiniz? – ARAŞDIRMA
“Eşref Tek”in maşını Bakıya gətirildi: İstəyən şəkil çəkdirə bilər – VİDEO
Bu küçə piyadalaşdırılacaq: Evlərin qiyməti yüksələ bilər – EKSPERT – VİDEO











