Rusiyada sürücülük vəsiqələri ilə bağlı yeni tələblər qüvvəyə minir – BİZƏ TƏSİRİ

Aprelin 1-dən etibarən Rusiyada daimi yaşayış hüququ olan şəxslər və vətəndaşlar xaricə alınmış sürücülük vəsiqələrindən istifadə edə bilməyəcəklər.
Avtosfer.az xəbər verir ki, onlar vəsiqələrini imtahan verməklə Rusiya vəsiqəsinə dəyişməlidirlər. Əks halda 5-15 min rubl (100-310 AZN) cərimə olunacaqlar. Aprelin 1-dən həm də vəsiqələri imtahansız dəyişdirmə dövrü başa çatır.
Rusiya DİN-in məlumatına görə, son 1 ildə 400 min nəfər vəsiqəsini dəyişib. Risk qrupunda nə qədər adamın qaldığı məlum deyil.
Şimal qonşumuzda çox sayda azərbaycanlının yaşadığılnı nəzərə alaraq deyə bilərik ki, vəsiqəsini vaxtında dəyişməyən azərbaycanlılar problemlə üzləşə bilərlər.
Lakin Rusiyaya avtomobillə müvəqqəti və ya tranzit gedən, Federasiyada daimi yaşamayan Azərbaycan Respublikası vətəndaşlarına bu qayda şamil edilmir.
Vüqar Yaşaroğlu
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












