“Saturn” planetinin halqaları YOXA ÇIXDI

Tədqiqatçılar Günəş sisteminin qaz nəhəngi - Saturn planetinin halqalarının yoxa çıxdığını açıqlayıb.
Avtosfer.az "Bizim.Media"ya istinadla xəbər verir ki, mart ayından bəri halqalar görünməz olub.
Qeyd edək ki, Saturn qaz tipli planetlərə aiddir və əsasən hidrogen və helium, metan, ammonyak və ağır metal qatqılarından təşkil olunub. Yer insanı onu ətrafında olan halqaları ilə müəyyənləşdirə bilir. Bunu ilk dəfə - 1610-cu ildə məşhur alim Qalileo Qaliley kəşf edib. Halqalar buz və toz birləşməsindən ibarətdir və bəzi fərziyyələrə görə onları formalaşdıran Saturnun təbii peyklərindən püskürən vulkanlardır.
Yeri gəlmişkən, bütün nəhəng planetlərin halqaları var. Günəş sistemində bunlardan dördü - Yupiter, Saturn, Uran və Neptundur. Lakin Saturnun halqaları ilə müqayisədə onlar demək olar ki, nəzərə çarpmır.
Saturnun halqaları kifayət qədər geniş olduğundan və bucaq altında Yerə dönə bildiyindən müşahidəçilər üçün çox gözəl mənzərədir. Normal vaxtlarda Saturnun halqaları kiçik teleskoplarla belə aydın görünür.
Onu da bildirək ki, ekvator müstəvisində yerləşən halqaların qalınlığı təxminən dörd kilometrdir. Bununla belə, çox genişdirlər, çünki on minlərlə kilometrə qədər uzanaraq müəyyən bir mövqeyi tutur və müşahidə üçün əlçatandırlar.
2025-ci ildə Saturnun halqalarının "yoxa çıxması" ilk dəfə 23 martda müşahidə olunub, ikinci belə hal isə noyabrın 26-a təsadüf edəcək. Bu hadisə Yer kürəsinin istənilən nöqtəsindən müşahidə oluna bilər.
Növbəti belə kosmik hadisə isə 2031-ci ilə müşahidə olunacaq.
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF
Özünü maşın altına ataraq sürücünü şərləməyə çalışan piyadanı NƏ GÖZLƏYİR?












