Şəhər yaxınlığında qızıl xəzinəsi tapılıb

Çexiyanın Dvur şəhəri yaxınlığındakı alçaq dağın yamacında iki turist 300,6 min avro dəyərində olan xəzinə aşkar edib.
Avtosfer.az xəbər verir ki, içərisində ümumi çəkisi 7 kiloqram olan qızıl sikkələr, zinət əşyaları və digər əşyalar olan iki qutu turistlər tərəfindən hadisə yerinə çağırılan polisə təhvil verilib. Daxili İşlər Nazirliyinin arxeologiya şöbəsi 3,7 kiloqramlıq sikkələrin qızıl olduğunu bildirib. Alimlər xəzinədən tapılan digər metal əşyaları tədqiq edirlər. Qutular XX əsrdə tərk edilmiş meşə sahəsinin kənarında süni şəkildə yaradılmış daş kurqanda gizlədilmişdi.
Kənarı təpənin səthindən yuxarı çıxan alüminium qutuda 11 sütuna bölünmüş və parçaya bükülmüş cəmi 598 sikkə olub. Ölkənin Daxili İşlər Nazirliyindən verilən məlumata görə, birincidən bir metrə yaxın məsafədə tapılan metal qutunun içərisində sarı metaldan hazırlanmış əşyalar - 16 tütün qutusu, on qolbaq, incə məftildən hazırlanmış çanta, daraq, brelok və pudra qabı olub.
“Toyota” birinci, “Land Rover” isə... – Ustalar avtomobilləri müqayisə etdi
Yanacaq tankerinin çəni niyə içəriyə çökür? – Səbəbi AÇIQLANDI - VİDEO
Pulunuz olsa belə “Toyota”nın bu maşınını ala bilməyəcəksiniz – Səbəbi isə MARAQLIDIR
Dəniz suyu ilə yuduğu avtomobil zədələndi; şirkəti məhkəməyə verdi
Yeni vağzalda kondisioner olmayacaq - SƏBƏB
Lökbatanda qəfil bitən yol - VİDEO
SSRİ-də belə komfortlu taksi olacaqmış - FOTOLAR
Bu avtomobildən cəmi 30 ədəd istehsal olunacaq – SƏBƏBLƏR
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi - VİDEO
Ədalət Şükürovun bahalı avtomobilləri – “Maybach” da var... – FOTO
300 manatlıq ayaqyolunu oğurlayanın 30 minlik avtomobili müsadirə olundu










