Sosial şəbəkələr ədəbiyyatın inkişafına müsbət təsir edir? – YAZAR ÖLKƏDƏKİ SON VƏZİYYƏTDƏN DANIŞDI

Müasir dövrdə sosial şəbəkələr informasiya mübadiləsində əsas platformalardan birinə çevrilib. Bu platformalar təkcə gündəlik xəbərləri yaymaqla kifayətlənmir, həm də ədəbiyyat və kitab oxuma vərdişlərinə təsir göstərir. Son illərdə sosial şəbəkələr kitabların tanıdılmasında və oxucu auditoriyasının genişlənməsində mühüm rol oynayır. Müxtəlif kitab icmalları, müzakirələr, müəlliflər və oxucular arasında interaktiv əlaqə sayəsində ədəbiyyat daha əlçatan olub.
Lakin bu tendensiya insanları daha çox kitab oxumağa təşviq edir, yoxsa ədəbiyyata marağı azaldır?

Şair-publisist Tural Turan Avtosfer.az-a açıqlamasında bildirib ki, sosial şəbəkələr günümüzün ən unikal platformasıdır:
“Ondan yaxşı məqsədlər üçün istifadə edəndə müsbət, pis işə alət edəndə mənfi nəticələr verir. Kitab oxumaq bir xasiyyətdir, məşğuliyyət deyil. Yəni hər adam kitab oxumur, kitabı informasiya mənbəyi kimi oxuyanlar istiqamətlərini sosial şəbəkəyə tərəf yönəldirlər. Bu da təbiidir. Amma kitab oxumaqdan həzz alan azsaylı elit kəsim var ki, onlar indi də kitabdan, mütaliədən qopmurlar. İnformasiyanı sosial şəbəkədən, oxumaq həzzini isə kitabdan almağa davam edirlər. Bir müddət sonra kapitalist ruhu bizim cəmiyyətdə tam oturuşacaq və kitab oxuma mədəniyyəti daha da arınaraq elitləşəcək. Yəni kitaboxuma yaxın onilliklərdə ancaq elit və kübar kəsimlərin ali həzz predmetinə çevriləcək. Bu baxımdan, həm dünən, həm bu gün, həm də sabahkı dönəmdə sosial şəbəkələr kitaba marağı azaltmaq kimi bir mssiyanı qarşısına qoymayıb, qoymayacaq”.

Tural Turan sonda əlavə edib ki, sosial şəbəkələr sadəcə olaraq sürətli informasiya qəbuledicilərini klassik kitab oxuyanlardan ayırmaqla məşğuldur ki, bu da çox yaxşı haldır:
“Sürətli kitab oxuyanlar da bu prosesdə əriyib gedəcəklər və onlar da "şoumenliklərini" virtual müstəvidə davam etdirəcəklər”.
Eltac Zülfüqaroğlu
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF
Özünü maşın altına ataraq sürücünü şərləməyə çalışan piyadanı NƏ GÖZLƏYİR?












