Sovet dövründə Tofiq Məmmədov Livana necə qaçmaq istəyirdi? - Qeyri-adi plan

Sovet dövründə Azərbaycanda baş verən hadisələrin çoxu o dövrün qaydalarına və senzuralarına görə gizlədilib. Lakin Azərbaycandan xaricə qaçmaq üçün müxtəlif yollara əl atanlar barədə şəhər əfsanələri var. 1961-ci ildə üç nəfərin Bakı hava limanından təyyarə qaçırıb İrana qaçmaq istəməsi, 1980-ci ildə Amerikaya qaçmaq istəyən şəxsin Bakıda təyyarədə olan sərnişinləri girov götürməsi, 1976-cı ildə təyyarəni İrana, oradan da Türkiyəyə qaçırmaq və bu kimi neçə neçə fakt var. Sovet dövründə Binə hava limanı "cənuba açılan qapı" hesab olunurdu. Sərhədə yaxınlığına görə SSRİ-nin bütün regional hava limanları arasında ən yüksək mülki geyimli KQB zabitlərinin cəmləşdiyi yer burada idi.
Bu gün toxunacağımız məsələ Tofiq Məmmədov (bəzi mənbələrdə Anatoli da qeyd edilir) adlı hava limanının işçisinin eniş şassisi bölməsində qaçmaq cəhdidir.
Bu hadisə 1970-ci ildə (1973,1974-də var sənədlərdə) baş verib. Hava limanında təmizlikçi (yükdaşayan) işləyən Tofiq Məmmədov uzun zaman idi ki, qaçış planı hazırlayırdı. Əsas niyyəti Amerikaya getmək olan Tofiq uzun zaman təyyarələrin texniki xarektirtistikasını öyrənir. Nəticə seçimi TU-154 (Livana gedən) təyyarəsi olur.

Mamedov Tu-154-ün şassi bölməsini seçməsinin bir səbəbi var idi. Köhnə modellərdən fərqli olaraq, Tu-154-ün şassi gövdəsi olduqca genişdir. O, bölmənin içərisindəki hidravlik şlanqlara ümid edirdi ki, onlardan möhkəm tutsa sağ qala bilər.
Təyyarə hava limanında olan zaman, texniki xidmət göstərildiyini görən Tofiq giclincə əsas şassilərin geri çəkildiyi girintiyə daxil olub qıvrılaraq gizlənir. Bura olduqca təhlükəli bir yerdir: təzyiq bir yana, uçuş zamanı nəhəng təkərlər və mexanizmlər sadəcə bir insanı əzə bilərdi. Bundan əlavə 10.000 metr yüksəklikdə temperatur -50°C-yə düşür ki, bir insan bu soyuğa çətin dözə bilər.
Lakin o arzusuna çata bilmir, uçuşdan əvvəlki hazırlıqlara nəzarət edən texniklərdən Hüseynov soyadlı işçi, gövdənin içində yad bir cisimin siluetini görür. Onlar işıq salıb bu yerə baxanda metal konstruksiyalara sıxılmış Tofiqi görür Təyyarə uçuş-enmə zolağına doğru hərəkət etməyə başlamazdan bir neçə dəqiqə əvvəl Mamedov təyyarədən çıxarılır.
Əgər təyyarə havaya qalxsaydı, hipoksiya və donvurma səbəbindən sağ qalma şansı olmaz idi. Onu xilas etməyə gələnlər görürlər ki, Tofiq qorxudan şok vəziyyətə düşüb. Onun çatnasından çörək və pendir, bir qab su var idi.
O, "SSRİ dövlət sərhədini qanunsuz keçməyə cəhd"də ittiham olunur, ağlında qüsurlar olması aşkar edilərək məcburi müalicəyə göndərilib. Bir versiyaya görə o, ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkib.
Bi hadisə o qədər qeyri adi idi ki, hava limanına gələn təcrübəçilərə ilk olaraq deyirdilər: “Ətrafa diqqətlə baxın, birdən ikinci Məmmədov çıxar ordan”
Bu barədə isə məxflik qorundu. Rəhbərlik hesab edirdi ki, bu barədə məlumat dərc olunmasının başqalarını da təşviq edə bilər.
PS: Şəkil süni intelektlə düzəlib
Prof.Dr.Zaur Aliyev
Bakı səmasında nadir görüntü - FOTO
İnsan ölərkən nə hiss edir? - Elmin hələ cavablandıra bilmədiyi sirr
Günlərin uzanmasının daha bir səbəbi - Yer fırlanma sürətini dəyişir
Avtomobil təkərləri niyə qara rəngdə istehsal olunur? – ARAŞDIRMA - VİDEO
Avtomobilinizi belə daha tez soyuda bilərsiniz – TÖVSİYƏ - FOTO
Müasir avtomobillərdə gizlilik şübhəsi; sürücülər izlənilir?
Bu ölkədə sürücülük təlimçiləri pedaqoji təhsilə cəlb olunacaq
Bakı küçəsində zombilər üçün svetoforlar - FOTOLAR
Bu ölkənin vətəndaşları üçün “ChatGPT Plus” pulsuz oldu
Rusiyaya getmək üçün daha bir prosedur tələb edilir – KİMƏ AİDDİR?
Sürücüsüz avtomobillər eyni məhəllədə saatlarla dövrə vurdu – VİDEO











