Söyüşün faydası var imiş - Elm təsdiqlədi

Yeni elmi araşdırma göstərir ki, söyüş işlətmək təkcə emosiyaların boşaldılması deyil, eyni zamanda fiziki güc və dözümlülüyün artmasına da təsir göstərə bilər. Alimlərin qənaətinə görə, bu cür ifadələr insanın özünə inamını yüksəldir və diqqəti daha yaxşı cəmləməyə kömək edir. Avtosfer.az xəbər verir ki, Keele Universiteti ilə Alabama Universitetinin alimləri tərəfindən aparılan birgə tədqiqatda iştirakçılardan fiziki tapşırıq yerinə yetirmələri istənilib. Onlar stulda itələmə hərəkəti edərkən hər iki saniyədə bir ya seçdikləri söyüşü, ya da tam neytral bir sözü təkrarlayıblar. Nəticələr maraqlı olub: söyüşdən istifadə edən iştirakçılar neytral söz deyənlərlə müqayisədə hərəkəti daha uzun müddət davam etdirə bilib və tapşırığı daha effektiv şəkildə yerinə yetiriblər. Araşdırmanın əsas müəllifi, psixologiya üzrə baş müəllim Riçard Stefens bildirib ki, söyüş sosial qaydaların müvəqqəti olaraq aradan qalxmasına səbəb olur. Bu da insanın daha sərbəst davranmasına, özünə inamının artmasına və diqqəti yayındıran amillərin azalmasına şərait yaradır. Alimlərin fikrincə, söyüş heç bir dərman və ya əlavə enerji mənbəyi olmadan, asanlıqla əldə edilən "təbii performans artırıcı" rolunu oynayır. Bəzi iştirakçılar isə tapşırıq zamanı "psixoloji axın" vəziyyətinə düşdüklərini - yəni fəaliyyətdə tam fokuslanıb prosesdən zövq aldıqlarını bildiriblər. (milli.az)
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF
Özünü maşın altına ataraq sürücünü şərləməyə çalışan piyadanı NƏ GÖZLƏYİR?












