Süni intellektlə dərdləşmək insanı rahatladır? - Psixoloqdan AÇIQLAMA

Son zamanlar süni intellektə maraq kifayət qədər artıb.
Belə ki, gün ərzində süni intellektlə danışan, onunla məsləhətləşən, hətta hər dərdini robotla bölüşən insanlar var. Onlar süni intellektə bir növ dost və ya psixoloq kimi yanaşırlar. Bu isə bəzi ehtimalları gündəmə gətirir. Bir çoxu düşünür ki, süni intellekt gələcəkdə bir çox sahə kimi psixoloqların da peşəsini ələ keçirə bilər.
Maraqlıdır, belə bir ehtimal nə dərəcədə realdır? Süni intellekt həqiqətən psixoloqları əvəzləyə bilər?
Mövzu ilə bağlı psixoloq İlhamə Mustafayeva açıqlamasında bildirib ki, süni intellekt sadəcə hər hansısa məlumat almaq üçün lazım olur:
"Mən süni intellektdən istifadə etmirəm, ondan istifadəni də məsləhət görmürəm. Əslində, süni intellekt insanla sadəcə söhbət edir, ona hansısa məsləhət və ya psixoloji dəstək vermir. Süni intellekt yüklənmiş proqramlar əsasında hazır cavablar verir. Yəni onun imkanları məhduddur və bizim kimi düşünə, insan hisslərini bilə bilməz".
Onun sözlərinə görə, süni intellektdən istifadə edən insanlar özlərini aldadırlar:
"Süni intellektlə danışan şəxslər boş yerə vaxtlarını itirirlər. Düşünürəm ki, süni intellektlə danışmaq hansısa müsbət nəticə verməyəcək. Nəyisə dəftərə və ya kağıza yazmaqla, süni intellektlə demək arasında hansısa fərq yoxdur. Əksinə, kağıza yazmaq şəxsi daha çox sakitləşdirər. Bunu etdikdən sonra kağızı yandırsalar, daha çox rahatlaşarlar. Ümumiyyətlə, süni intellektlə mütəmadi şəkildə yazışmaq insanı sağaltmaq əvəzinə daha pis vəziyyətə sala, psixologiyasına mənfi təsir göstərə bilər. Ona görə də bu məsələdə diqqətli olmaq lazımdır".
İlhamə Mustafayeva hesab edir ki, süni intellekt psixoloqları əvəz edə bilməz:
"Mən süni intellektin psixoloqları əvəz edəcəyini və ya peşələrini əllərindən alacağını düşünmürəm. Çünki süni intellektin duyğu və hissi yoxdur. Onun üçün sevgi, mərhəmət və ya dostluq kimi anlayışlar mövcud deyil. Üstəlik, süni intellekt insanları psixoloji olaraq sakitləşdirə də bilməz".
Həmsöhbətimiz qeyd edib ki, süni intellektə sadəcə duyğuları olmayan insanlar yaza bilər:
"Emosional cəhətdən ünsiyyətə ehtiyacı olan insanlar ona yazırlar. Yəni gələcəkdə psixoloq əvəzinə süni intellektə müraciət edən insanların emosiyaları olmayacaq. Onsuz da hissi olmayan insanın da psixoloqa müraciət etməsi sual altındadır. Psixoloqa yalnız qəlbi və hissi olan insanlar müraciət edir". (Cebhe.info)
Beynəlxalq təşkilat uçuşların təhlükəsizliyi ilə bağlı xəbərdarlıq etdi
“Türk Dövlətləri Təşkilatının özünə aid himni olmalıdır” – Rəşad Məcid - VİDEO
Rusiyada xarici təyyarələrlə bağlı daha bir QADAĞA
Svetoforların düzgün idarə olunması tıxacları azalda bilər – ARAŞDIRMA
“Apple CarPlay” və “Android Auto” niyə avtomobillərdən çıxarılır? – Səbəbi AÇIQLANDI
“Lexus” sürəndə hörmət qoyanlar “Changan”da adamı bezdirirlər – Nazilə Səfərli - VİDEO
Daha bir marka tarixə qovuşa bilər
“Rettungsgasse” bizdə də ola bilərmi? - VİDEO
ABŞ-də bu avtomobillər 85 qəpikdən hərraca çıxarıldı – MARAQLI
Yollarda səs-küyün qarşısını belə almaq olar – TƏKLİF
Avtomatik maşınlarda bu düymənin nə işə yaradığını bilirsiniz? – ARAŞDIRMA










