Sürücü avtomobil idarə edərkən huşunu itirdi – yoldakılar onu ayıltmağa çalışdı

Orta yaşlı sürücü maşın hərəkətdə olarkən huşunu itirib. Yanından keçən avtomobillərin sürücüləri onu ayıltmaq üçün əllərindən gələni ediblər. Onlar sürücünün avtomobilini yolun ortasında dayandırmağı bacarıb. Avtosfer.az bildirir ki, hadisə xarici ölkələrin birində yaşanıb. Magistral yolda hərəkət zamanı sürücülər önlərindəki avotmobilin qeyri-adekvat sürüdüyünü görüb etiraz etmək istəyəndə bir anda avtomobili idarə edənin halının pis olduğunu anlayıblar. Bir neçə sürücü avtomobilindən enərək onun hərəkəti dayandırmasına nail olub. Huşunu itirən sürücü isə pəncərəni ya qapını aça bilməyib. İnsanlar onun həyatını xilas etmək üçün pəncərəsini sındırmağa çalışıb. Sonda yoldakılardan biri arxa şüşəni sındıraraq avtomobilin salonuna daxil olub və sürücünün qapısını açıb. Yavaş-yavaş özünə gələməyə başlayan sürücü isə olanları xatırlamadığını bildirib. Təcili yardım gələnə qədər qayğıkeş insanlardan bir neçəsi onun yanında gözləyib.
Aysel
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












