“Taksi” filminin təkrarı və ya polislər qayda pozan sürücünü niyə bağışladı?

Fransız kinematoqrafların çəkdiyi “Taksi” filminə yəqin çoxları baxıb. Taksi sürücüsü generalı aeroporta saniyə dəqiqliyi ilə çatdırır.
Avtosfer.az-ın nəql edəcəyi əhvalat da buna oxşardır. France-3 televiziyası əhvalatı belə təsvir edir:
Reyms şəhərində oxuyan parisli lisey şagirdi Remi Parisin Cənub vağzalında yüksək sürətli qatara minir. Arxayındır ki sonuncu sinifdə buraxılış imtahanına vaxtında yetişəcək. Lakin Reymsdə düşmək yadından çıxır və qatar yola düşür. Qatarı saxlamaq mümkün deyil. Növbəti dayanacaq 200 km uzaqdadır. Uşaq bu dəfə qatardan düşən kimi dəmiryolu işçilərini xəbərdar edir. Onlar dərhal taksi çağırırlar. Qiymət – 450 avro (900 manat). Xərci dəmiryolu şirkəti üzərinə götürür, təki şagird imtahana çatsın.
Sürücü televiziyaya müsahibəsində deyir: “mənzil başına çatmaq üçün bütün qaydaları pozdum. 90 km/saatlıq yolda 180 km/saatla gedirdim. Jandarm eskadrilyasını görəndə qəsdən maşını onların üzərinə sürdüm. Təbii ki məni saxlatdılar. Əhvalatı onlara danışanda şagirdi ən çevik polis avtomobilinə mindirib yola düşdülər. Kobud qayda pozuntusuna baxmayaraq eskadrilya komandiri mənə təşəkkür edib geri qaytardı”.
Polis avtomobili ilə imtahana gələn şagird yarım saat geciksə də, vəziyyəti bilən müəllimlər məsələni anlayışla qarşılayıblar. Parisli gənc imtahanı yüksək səviyyədə verib.
Bəli, bu taksi sürücüsünün timsalında qayda pozuntusuna bəraət qazandırmaq mümkündür. Sürücü müsahibəsində əlavə edib ki, bir ata olaraq öz oğlunu bu vəziyyətdə təsəvvür edərək sürəti artırıb.
Lakin sürücünün ən doğru qərarı elə şagirdi polis alayına həvalə etmək olub. Hərəkət traektoriyası boyu xüsusi nəqliyyat vasitəsi olaraq polis avtomobilinə bütün yollar açıq olub. Taksinin isə belə bir imtiyazı yoxdur. Magistralda müəyyən qədər hərəkət edə bilsə də, şəhərin içində polis avtomobili qədər cəld hərəkət edə bilməyəcəkdi.
Vüqar Yaşaroğlu
Ceki Çanın Bakıda ilk görüntüləri - VİDEO
Kondisionersiz tramvay narazılıq doğurdu - FOTO
Gürcüstanda Avropa pasportu 1000 dollardır?
Bakıda təcili yardım sürücüsünün çətin anları belə GÖRÜNTÜLƏNDİ - VİDEO
"Chagaev"dən "Coca-Cola"ya zərbə: Zibil qutusuna ATDI – VİDEO
Ev alqı-satqısında alıcıları gözləyən əsas risk — AÇIQLAMA
Bədəninə dəmir girdi – helikopterə pul vermədi, 16 kilometr...
Sürücülər xüsusi proqramla aldadılıb
Yol bağlanmadan təmir mümkündür – İsveçrədən maraqlı həll - VİDEO
Rusiyada "BMW"nin xəbəri olmadan "BMW" istehsal edirlər
Mülki gəmilərə pulemyot quraşdırmaq təklif edilir










